Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli
744 nömrəli fərmanı ilə təsdiq
edilmiş «Giriş-çıxış və
qeydiyyat» idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sistemi haqqında Əsasnamə»də dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli
744 nömrəli fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2008, ¹ 4, maddə 258, ¹ 12, maddə 1058; 2009, ¹ 2, maddə 75, ¹
7, maddə 532, ¹ 8, maddə 618, ¹ 10, maddə 776; 2010, ¹ 2, maddə
88, ¹ 7, maddə 610, ¹ 8, maddə 717, ¹ 9, maddə 770; 2011, ¹ 4, maddə 282, ¹ 10, maddə 891; 2012,
¹ 8, maddə 787; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 13 sentyabr tarixli 980 nömrəli
fərmanı) ilə təsdiq edilmiş
"Giriş-çıxış və qeydiyyat"
idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış
sistemi haqqında Əsasnamə"nin
11.8-ci bəndinin sonunda nöqtə
işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və
Əsasnaməyə aşağıdakı məzmunda 11.9-cu bənd
əlavə edilsin:
"11.9. Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi -
"ASAN xidmət" mərkəzlərində həyata
keçirilən xidmətlərlə bağlı müraciət
edən Azərbaycan Respublikası vətəndaşlarının
şəxsiyyət vəsiqələri, əcnəbilərin
və vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikası ərazisində
müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədlər
üzrə məlumatlar.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 noyabr 2013-cü il
Azərbaycan.-
2013.- 3 noyabr.- S.1.