Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ

nömrəli qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasına

qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında

Əsasnamə»də dəyişiklik edilməsi barədə

 

 Azərbaycan Respublikasinin Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 21-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə"ni "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 612-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 4, maddə 315; 2008, ¹ 3, maddə 158, ¹ 10, maddə 886; 2013, ¹ 5, maddə 476) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə"nin 17-ci maddəsində "Şəhadətnamənin itirilməsində və ya qəsdən korlanmasında, habelə bu" sözləri "Bu" sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 oktyabr 2013-cü il

 

Azərbaycan.- 2013.- 3 noyabr.- S.1.