«Avtomobil nəqliyyatı
haqqında» Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə» Azərbaycan
Respublikasının 2013-cü il 22 oktyabr tarixli 787-IVQD
nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, "Avtomobil nəqliyyatı
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının
2013-cü il 22 oktyabr tarixli 787-IVQD nömrəli Qanununun
qüvvəyə minməsi ilə əlaqədar həmin
qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 787-IVQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların "Avtomobil
nəqliyyatı haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli
787-IVQD nömrəli Qanununa
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
1 noyabr 2013-cü il
Azərbaycan.-2013.- 5 noyabr.- S.1.