Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan düzgün istiqamətdə irəliləyir və inkişaf edir. Mən Azərbaycanın ABŞ və Avropa ilə iqtisadi əlaqələrini genişləndirməsini və gücləndirməsini böyük maraqla izləyirəm.

Sizin bu səyləriniz yüksək dəyərləndirilir. Dövlətlərimiz arasında iqtisadi, demokratik və mədəni oxşarlıqlar gündən-günə artır.

Əminəm ki, Azərbaycan uğurlu inkişafını və ABŞ ilə strateji tərəfdaşlığını davam etdirəcəkdir.

Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi bir daha təbrik edir, Azərbaycan xalqına sülhrifah diləyirəm.

Dərin hörmətlə,

 

 

Lans S.RASSEL,

ABŞ-ın Cənubi Dakota ştatı Nümayəndələr Palatasının üzvü

Azərbaycan.-2013.-  5 noyabr.- S. 2.