Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Bu ilin may ayında mən Niaqara Fondunun qonağı kimi Azərbaycanda səfərdə oldum. Heyrətamiz idi. Sizin ölkəniz haqqında təəssüratlarımız, həmçinin qonaqpərvərliyiniz unudulmazdır. Ərim də, mən də inanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaqdır.

Əminəm ki, ölkəniz dünyada sülh naminə fəaliyyət göstərməkdə davam edəcəkdir. Bu işi görmək üçün Sizin nadir mövqeyiniz vardır.

Sizi bir daha təbrik edirəm. Ümidvaram ki, gələcəkdə gözəl ölkənizə bir daha səfər edəcəyəm.

Dərin hörmətlə,

 

 Senator Alis CONSON,

ABŞ-ın Minnesota ştatı

Azərbaycan.-2013.-  5 noyabr.- S. 2.