Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Sizin səmərəli fəaliyyətiniz Azərbaycanı regiondakı inkişafın ayrılmaz hissəsinə çevirmişdir.

Azərbaycanın demokratik prosesə verdiyi töhfəni alqışlayıram. Dünyada böyük dövlətlərin çox olmasına baxmayaraq, ən yaxşı və etibarlı hökumətlər xalqına öz arzularını reallaşdırmaq imkanı yaradanlardır. Yenidən Prezident seçilməyiniz xalqınızın Sizə inamının və Azərbaycanın davamlı inkişafına verdiyi dəstəyin təsdiqidir.

Sizin Azərbaycan dövləti ilə mənim doğma ştatım Şimali Dakota arasında oxşar cəhətlər çoxdur. Bizim hökumətlərimiz dövlətimizin və xalqımızın inkişafına daim sadiqdirlər. Ölkələrimiz sərhədlərimizdən kənar qonşu ölkələrlə bölüşdüyü zəngin təbii sərvətlərə malikdir. Bir-birimizdən öyrənməli olduğumuz çox şey var və mən dünyanın bizə məxsus kiçik hissəsini evimiz adlandıra biləcəyimiz bir məkana çevirmək üçün sizinlə və azərbaycanlı həmkarlarımla çalışmaqdan məmnunluq duyaram.

Növbəti aylarda və illərdə ABŞ ilə Azərbaycan arasındakı güclü əlaqələrin daha da inkişaf edəcəyinə əminəm. Münasibətlərimizin inkişafında maraqlı olduğumu bildirmək istəyirəm.

Sizə və bütün Azərbaycan xalqına ən xoş arzularımı çatdırır, ölkənizə davamlı uğurlar diləyirəm.

Cənab Prezident, ən xoş arzularımı və təbriklərimi qəbul edin.

Dərin hörmətlə,

 

 

Kori MOK,

ABŞ-ın Şimali Dakota ştatı Nümayəndələr Palatasının üzvü

Azərbaycan.-2013.-  5 noyabr.- S. 2.