Bakıda «Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış» beynəlxalq konfransı çərçivəsində keçirilən sessiyalar maraqlı müzakirələrlə yadda qalmışdır

 

Noyabrın 4-də Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə təşkil olunmuş "Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış" beynəlxalq konfransı çərçivəsində üç sessiya keçirilmişdir.

AzərTAc xəbər verir ki, "Neft sənayesinin inkişafı və atmosfer emissiyaları" mövzusunda keçirilən birinci sessiyaya sədrlik edən Milli Məclisinin sədr müavini, parlamentin Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirmişdir ki, son 10 ildə Azərbaycanda həyata keçirilən ekoloji proqramların nəticəsində elektrik enerjisinin istehsalı zamanı yaranan tullantıların səviyyəsi iki dəfə aşağı düşmüşdür. Əgər 20 il bundan əvvəl elektrik enerjisi istehsalına 3 milyon ton mazut işlədilirdisə, bu gün mazut əvəzinə təbii qazdan istifadə olunur.

Azərbaycanda müxtəlif həcmli elektrik stansiyalarının tikintisindən və yenidən qurulmasından danışan V.Ələsgərov qeyd etmişdir ki, son 10 ildə bu stansiyaların hesabına elektrik enerjisi istehsalı 36 faiz artmışdır.

Sessiyada bildirilmişdir ki, son illərdə Avropa ölkələrində kömür istehsalı 16 faiz artmış ki, bu da ətraf mühiti çirkləndirən amillərdəndir.

Odur ki, ətraf mühitin qorunması üçün kömür istehlakı azaldılmalı, qaz istehlakı isə artırılmalıdır. 

Sonra sessiyanın həmsədri Britaniya Parlamentinin Nümayəndələr Palatasının enerji və iqlim dəyişikliyi komitəsinin sədri Tim Yeo "İqlim dəyişikliyinə qarşı tədbirlər: neft və qaz sənayesi atmosferə atılan  karbon qazının miqdarını aşağı səviyyədə saxlamaq üçün nə etməlidir?" mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi bildirmişdir ki, qədim neft məkanı olan Azərbaycan,  eyni zamanda, qaz istehsal edən ölkə kimi tanınır. Gələcəkdə bərk maddələrə olan tələbat azalacaq, qaza olan tələbat isə artacaqdır. Neft isə əsas enerji daşıyıcısı olaraq qalacaqdır.

T.Yeo atmosferə karbon qazının atılmasının qarşısının alınması istiqamətində Çində görülmüş işlərdən də danışmışdır.

Sessiyada, həmçinin Türkiyənin ekologiya və şəhərsalma nazirinin müavini Mehmet Emin Birpınarın "Tanker qəzaları nəticəsində meydana gələn dəniz çirklənməsinin beynəlxalq təsiri" mövzusunda  məruzəsi dinlənilmişdir.

M.E.Birpınar Türkiyədə 2023-cü ilədək enerji və ətraf mühitin qorunması istiqamətində həyata keçiriləcək layihələr barədə məlumat vermişdir.

Sonra ABŞ Konqresinin Ohayo ştatından olan üzvü Jan Şmit "Alternativ enerjineft-qaz əməliyyatlarında enerji səmərəliliyi" adlı məruzə ilə çıxış etmişdir.

Məruzəçi ABŞ-da enerji istehsalı sahəsində islahatların həyata keçirildiyini bildirmiş, xüsusi ilə qaz istehsalının artdığını diqqətə çatdırmışdır.

İkinci sessiya isə "Neft sənayesində ofşor əməliyyatlarının su hövzələrinə təsiri" mövzusuna həsr olunmuşdur. Sessiyaya "Global Counsel" təşkilatının sədri, Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Mandelson sədrlik etmişdir.

L.Mandelson qeyd etmişdir ki, bu gün əsas məsələ iqtisadi risklərin insan həyatına təsirinin azaldılmasıdır. O demişdir ki, dünya üzrə neft və qazın 30 faizi dənizdən çıxarılır. Bu isə ətraf mühit üçün risklər yaradır. Buna görə də siyasi qərarlar verilərkən ətraf mühitin mühafizəsi mütləq nəzərə alınmalıdır. Dənizdə qazma işləri aparılarkən təsirlər minimuma endirilməlidir. 

Dünya Bankının Azərbaycan üzrə rəhbəri Larisa Leşçenko çıxışında 2004-2014 illərdə neftlə çirklənmiş torpaqların təmizlənməsinə və bərpasına təmsil olunduğu qurum tərəfindən 31,8 milyard dollar həcmində vəsait ayrıldığını bildirərək demişdir ki, ötən 6 ildə neft hasilatı zamanı səmt qazının yandırılması 20 faiz azalmışdır. Bu istiqamətdə Azərbaycanda görülən işləri yüksək qiymətləndirən L.Leşçenko, eyni zamanda, belə bir konfransın keçirilməsinə göstərdiyi dəstəyə görə rəsmi Bakıya minnətdarlığını bildirmişdir.

BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionu tələblərə riayət və ətraf mühitin mühafizəsi üzrə regional direktoru Faiq Əsgərov isə şirkətin regionda ətraf mühitin idarə olunması ilə bağlı gördüyü işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, BP şirkəti tərəfindən səmt qazının yandırılmasının azaldılmasına 97 faiz əməl edilmişdir.

F.Əsgərov, eyni zamanda, termomexaniki üsullarla lay və məişət sularının, tullantıların idarə olunmasında şirkətin gördüyü işlər barədə məlumat vermişdir

BMT-nin Ətraf Mühit Proqramının əlaqələndiricisi Mahir Əliyev bildirmişdir ki, bu proqramın dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanmış "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası" yaradılmışdır.

"Azərkimya" İstehsalat Birliyinin müşahidə şurasının sədri Muxtar Babayevin sədrliyi ilə keçən günün sonuncu sessiyasında "Neftneft məhsulları ilə çirklənmiş torpaqların reabilitasiyası və idarə olunması" mövzusunda müzakirələr aparılmışdır. M.Babayev Sumqayıt sənaye zonasında illərlə çirklənmiş ərazilərdə ARDNŞ tərəfindən həyata keçirilən ekoloji layihələrdən danışmışdır.

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Məhərrəm Babayev isə bildirmişdir ki, təmsil etdiyi qurum tərəfindən neftlə çirklənmiş torpaqların coğrafi arealı müəyyən edilmiş və xəritə sxemi tərtib olunmuşdur. Qeyd edilmişdir ki, institut 2012-ci ilin oktyabr ayından ARDNŞ ilə birgə neftlə çirklənmiş torpaqlarda çöl təcrübə işlərini aparır.

"ERM GmbH" şirkətinin nümayəndəsi Reyner Meltzer xam neftlə çirklənmiş torpaqların  neft şlamının təmizlənməsində istifadə olunan yeni texnologiyalarüsullar barədə məlumat vermişdir.

Beynəlxalq konfrans öz işini noyabrın 5-də də sessiyalar ilə davam etdirəcəkdir.

 

Azərbaycan.-2013.-  5 noyabr.- S. 4.