Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu müxtəlif ölkələri təmsil edən alimlərin fikir mübadiləsi aparması baxımından son dərəcə əhəmiyyətli idi

 

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu müxtəlif ölkələri təmsil edən alimlərin fikir mübadiləsi aparması baxımından olduqca əhəmiyyətlidir. Belə tədbirlər xarici qonaqlarda Azərbaycan haqqında geniş təsəvvür yaradır.

AzərTAc xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Humanitar  forumlarında 3-cü dəfə iştirak edən Koreya Respublikası Pusan Universitetinin professoru İsmayıl Zülfüqarov demişdir. İ.Zülfüqarov bildirmişdir ki, artıq Koreya Respublikasında Azərbaycanı tanıyır və sevirlər. Azərbaycanın tanınmasında belə forum və konfransların, eləcə də xaricdə işləyən həmvətənlərimizin böyük rolu vardır.

Qonaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi  yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik etmiş və demişdir ki, bu gün Azərbaycanda Prezident İlham Əliyevə alternativ yoxdur. Əminəm ki, Prezident İlham Əliyev Azərbaycanın inkişafı naminə fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək.

 

Azərbaycan.-2013.-  5 noyabr.- S. 6.