Oljas SÜLEYMENOV: Dünyada
Bakı Beynəlxalq Humanitar
Forumu kimi platforma tapmaq mümkün deyil
Dünyada Bakı Beynəlxalq Humanitar Forumu kimi platforma tapmaq mümkün deyil.
Bu sözləri III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş görkəmli qazax şairi və alimi, Qazaxıstanın UNESCO yanındakı daimi nümayəndəsi, səfir Oljas Süleymenov AzərTAc-a müsahibəsində demişdir.
O.Süleymenov Bakı Beynəlxalq Humanitar Forumunun nadir sayılan bir xüsusiyyətini qeyd etmişdir. Bu xüsusiyyət ondan ibarətdir ki, forumda bəşəriyyətin üzləşdiyi aktual iqtisadi, sosial, ekoloji və texnoloji problemlərin humanitar cəhətlərini fərqli mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan, lakin bir məqsədlə - dünyamızı daha yaxşı, daha mükəmməl etmək naminə birləşmiş insanlar müzakirə edirlər. Bu da onu göstərir ki, zəruri hallarda dinc və təhlükəsiz gələcək naminə qüvvə və imkanları birləşdirmək olar.
O.Süleymenov
diqqətə çatdırmışdır ki, forum Şərq
ilə Qərbin dialoqu, Bakı isə bəşəriyyətin
gələcəyi barədə diskussiyalar mərkəzinə
çevrilir və tədricən dünyanın humanitar
paytaxtı statusu qazanacaqdır.
Azərbaycan.-2013.- 5 noyabr.- S. 6.