Azərbaycan Diplomatik
Akademiyası ilə Böyük
Britaniyanın
Qlazqo Universiteti arasında Anlaşma Memorandumu imzalandı
Azərbaycan Diplomatik Akademiyası (ADA) ilə Böyük Britaniyanın Qlazqo Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır.
Memorandum ADA-nın tədris işləri üzrə prorektoru Patrik Kvinn və Qlazqo Universitetinin Sosial Elmlər İnstitutunun icraçı prorektoru Anne Anderson tərəfindən imzalanmışdır.
ADA-nın mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, sənədə əsasən hər akademik semestrdə ali təhsil ocaqları arasında tələbə mübadiləsi proqramı həyata keçiriləcəkdir. Hər semestr iki tələbə bu proqramda iştirak etmək hüququ qazanacaqdır. Həmçinin ADA və Qlazqo Universiteti arasında tələbələr üçün akademik və mədəni, o cümlədən tədqiqat mübadiləsi proqramlarının həyata keçirilməsi razılaşdırılmışdır.
P.Kvinn imzalanmış Anlaşma Memorandumunun, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək birgə proqramların hər iki ali təhsil ocağının müəllim-tələbə heyəti üçün əhəmiyyətindən danışmışdır.
Böyük
Britaniyanın dörd ən qədim təhsil ocaqlarından
biri olan və Şotlandiyada fəaliyyət göstərən
Qlazqo Universiteti 1451-ci ildə yaradılmışdır.
Azərbaycan.-2013.- 5 noyabr.- S. 7.