Azərbaycan
Respublikasının Prezidenti
zati-aliləri cənab İlham Əliyevə
Hörmətli
İlham Heydər oğlu!
Azərbaycan
Respublikasının Prezidenti seçkilərində
inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycanlılar
öz seçimləri ilə yenidən təsdiqlədilər
ki, vətəndaşların mütləq
əksəriyyəti Sizin ölkədə
yürütdüyünüz siyasi və sosial-iqtisadi xətti
dəstəkləyir, öz talelərini və
övladlarının talelərini Sizə etibar
edirlər. Bu, Azərbaycanda sabitliyin
və davamlı inkişafın rəmzi, Sizin
ölkə qarşısında xidmətlərinizə verilən
yüksək qiymətdir.
Sizə möhkəm
cansağlığı, müstəqil Azərbaycanın
firavanlığına və çiçəklənməsinə
yönəlmiş ali dövləti fəaliyyətinizdə
uğurlar arzulayıram.
Hörmətlə,
Məmməd ƏLİYEV,
"N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzi" Federal Dövlət Büdcə İdarəsinin direktor müavini, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor, tibb elmləri doktoru
Azərbaycan.-
2013.- 3 noyabr.- S.2.