Azərbaycan
Respublikasının Prezidenti
zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident!
Azərbaycan
Respublikası Prezidenti seçkilərində
inamlı qələbəniz münasibətilə Sizi Serbiyadakı Azərbaycan Mədəniyyət
Mərkəzi, Azərbaycan icması adından və şəxsən
öz adımdan səmimi qəlbdən təbrik
edirəm.
Növbəti
dəfə ali dövləti vəzifəyə
seçilməyiniz Sizin Azərbaycan
xalqı qarşısında qazandığınız yüksək
nüfuzu tam təsdiq
edir. Əminik ki, Sizin görkəmli lider
keyfiyyətləriniz bundan sonra
da Azərbaycan Respublikasının siyasi sabitliyinə və iqtisadi
inkişafına xidmət
edəcəkdir.
Eyni zamanda, icazə verin, Sizə Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində
əməkdaşlığın və dostluq
əlaqələrinin möhkəmləndirilməsinə
göstərdiyiniz hərtərəfli dəstəyə
görə təşəkkürümüzü bildirək.
Son illər Azərbaycan mədəniyyətində,
incəsənətində müşahidə olunan
yeniliklər və inkişaf meyilləri
bizdə xüsusi fərəh hissi doğurur. Əminik ki, bu uğurlar
bundan sonra da davam edəcəkdir.
Serbiyadakı
Azərbaycan Mədəniyyət Mərkəzi mədəniyyət
və təhsil sahələrində əldə olunmuş razılaşmaların
reallaşdırılması üçün
səylərini əsirgəməyəcək və Azərbaycanın
bu sahələrdə
uğurlarının bundan sonra
da Serbiyada və
bütövlükdə Balkan regionunda təbliğ
olunmasına, həmçinin ölkəmizin maraqlarına uyğun olaraq ikitərəfli
əməkdaşlığın inkişafına
çalışacaqdır.
Əminik ki, dünya azərbaycanlılarının
lideri olan Azərbaycanın
dövlət başçısının rəhbərliyi ilə
daha böyük uğurlar əldə edəcəyik.
Möhtərəm
cənab Prezident, fürsətdən
istifadə edərək Sizə Serbiyada yaşayan və təhsil alan
həmvətənlərimiz adından ən xoş
arzularımızı çatdırır, Azərbaycanımızın
çiçəklənməsi və inkişafı naminə
ali dövləti vəzifənizdə uğurlar
diləyirik. Allah Sizi qorusun!
Dərin hörmətlə,
Professor Zərifə
ƏLİZADƏ,
Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri
Azərbaycan.-
2013.- 3 noyabr.- S.2.