Əli HƏSƏNOV: «Rusiyadakı azərbaycanlıların
taleyindən narahatıq»
"Rusiyada bəzi qeyri-rəsmi dairələr bu proseslərdən antiazərbaycan məqsədilə
istifadə etməyə, Rusiya-Azərbaycan münasibətlərini
pozmağa çalışır"
Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənov qeyd edib ki, Azərbaycan hakimiyyəti, o cümlədən Rusiyadakı səfirliyimiz bu proseslərin nizama salınması üçün öz təkliflərini, tövsiyələrini və problemin həllini necə gördüyünü dəfələrlə açıqlayıb. Şöbə müdiri vurğulayıb ki, hazırda Rusiya hökuməti məsələnin həlli ilə məşğuldur: "Rusiyada bu proseslərin bir qismi kortəbii şəkildə meydana çıxır. Proseslərdə müəyyən milliyyətçi qüvvələrin və üçüncü maraqlı tərəflərin iştirakı, hadisələrin arxasında onların kölgəsi də görünür. Rusiya əlbəttə ki, bu proseslərin, xüsusən qeyri-ruslara qarşı müxtəlif formalarda təzahür edən çıxışların onun beynəlxalq nüfuzuna nə qədər zərbə vurduğunun, nə qədər mənfi çalarlar gətirdiyinin fərqindədir. Eyni zamanda görünən də odur ki, Rusiya hakimiyyəti prosesləri idarə etməyə çalışır, bu sahədə müəyyən tədbirlər görülür. Bu tədbirlərin effekti də müşahidə olunmaqdadır. Amma müəyyən dairələr tərəfindən illərlə formalaşmış bu tipli qızışdırılmış hadisələri qısa müddətdə dayandırmaq, nəzarət altına almaq və tamamilə idarə etmək də mümkün deyil. Hər halda Rusiyada baş verənlərdən narahatıq, Rusiya hökumətinin bu proseslərlə bağlı gördüyü tədbirləri diqqətlə izləyirik. Düşünürük ki, bu addımlar tezliklə effekt verəcək".
PA rəsmisi
bu hadisələrdən Azərbaycanın Gömrük
İttifaqına daxil olması üçün Rusiyanın rəsmi
Bakıya təzyiq vasitəsi kimi istifadə etməsi barədə
bəzi dairələrin iddialarına da cavab verib. Ə.
Həsənov deyib ki,
mütəxəssislər, tədqiqatçılar bu məsələləri hərə öz nöqteyi-nəzərindən yozmağa çalışır:
"Düşünmürəm ki, Rusiya Azərbaycana qarşı belə qeyri-populyar, təhlükəli, beynəlxalq
aləmdə ciddi formada
mənfi qarşılanan təzyiq və təsir vasitələrindən
istifadə etsin. Bu,
belə deyil. Rusiya
hökumətinin Azərbaycana təzyiq etməyə əsası
da yoxdur. Yaradılan ittifaqlar da, irəli
sürülən təşəbbüslər də, MDB
çərçivəsində həyata keçirilən inteqrasiya prosesləri də könüllülük
əsasında aparılır. Hər bir üzv dövlət ora
qoşulmanın müsbət və mənfi tərəflərini
dəyərləndirir, buna müvafiq də qərar verir.
Hər bir üzv
dövlətin bu prosesdə
iştirakının ali məqsədi öz milli
maraqlarını, milli mənafelərini təmsil
etməkdən ibarətdir. Ona görə
də düşünürəm ki, bu proseslərdə ayıq yanaşma
daha çox mühüm rol oynayır.
Azərbaycan və Rusiya da
bu məsələyə daha
ayıq başla yanaşır. Bəzi tədqiqatçıların,
bu və ya digər
qüvvələrin bu hadisələrin Azərbaycana
qarşı təzyiq vasitəsi kimi
xarakterizə etmək cəhdlərinin də müəyyən
əsası var. Rusiyada bəzi dairələr
- rəsmi dairələrdən söhbət getmir
- bu proseslərdən antiazərbaycan məqsədilə
istifadə etməyə, Rusiya ilə Azərbaycan,
rus xalqı ilə Azərbaycan xalqı
arasında illərdən bəri formalaşmış,
sınaqdan çıxmış birgə maraqlar
və dostluq münasibətlərini pozmağa çalışır".
Azərbaycan.-2013.- 6 noyabr.- S.2.