Elnur ASLANOV: «Dünyanın gələcək
humanitar fəaliyyət xəritəsi
Azərbaycanda cızılır»
Artıq dünyada multikulturalizm
sahəsində ən
optimal
model kimi Azərbaycan
nümunəsi öyrənilir
"Bakıda keçirilən
Üçüncü Beynəlxalq
Humanitar Forumu dünyanın gələcək
humanitar fəaliyyət
xəritəsinin Azərbaycanda
cızılması deməkdir". Bunu Prezident
Administrasiyasının Siyasi
təhlil və informasiya təminatı şöbəsinin müdiri
Elnur ASLANOV söyləyib.
Prezident
Administrasiyasının rəsmisinin
sözlərinə görə,
forum çərçivəsində müzakirəyə çıxarılan
bütün istiqamətlər
bəşəri aktuallıq
kəsb etməklə
Bakı prosesinə növbəti təkandır:
"Artıq dünyada
multikulturalizm sahəsində
ən optimal model kimi-
Azərbaycan nümunəsi
öyrənilir. Bura bütün
dinlərin, mədəniyyətlərin,
fərqli baxışların
bir ailə kimi yaşadığı
tolerantlıq məkanıdır.
Biz haqlı olaraq
öz ölkəmizlə
fəxr edirik".
Şöbə müdiri söyləyib
ki, Azərbaycanın sürətli iqtisadi inkişafı, sosial dövlət kimi mövqeyini gücləndirməsi,
qlobal müstəvidə
siyasi çəkisini
getdikcə artırması
"multikulturalizmin gələcəyi
yoxdur" deyənlərə
ən yaxşı cavabdır: "Biz gələcəyin
konturlarını cızarkən
hər şeydən əvvəl, insan amilini ön plana çıxarırıq.
Cənab
Prezident İlham Əliyevin yürütdüyü
uğurlu siyasətin mərkəzində Azərbaycan
vətəndaşı dayanır.
Biz istəyirik ki, insanlar sülh, əmin-amanlıq, firavanlıq şəraitində yaşasınlar. Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində humanitar fəlakətlə üzləşən Azərbaycanın dünyaya bu mesajını ifadə edir. Təəssüflər olsun ki, Ermənistan rəhbərliyinin siyasi korluğu bu problemin həllində ən böyük maneə kimi qarşıya çıxır. Bu münaqişə Azərbaycanın ümumi inkişafına ciddi zərbə vurmaqla yanaşı, bütün bölgəni təhdid altında saxlayır. Biz bu vəziyyətlə barışmaq fikrində deyilik".
E.Aslanov
əlavə edib ki, 70-dən çox ölkədən 800-ə
yaxın rəsmi şəxsin, tanınmış elm, mədəniyyət
xadiminin, Nobel mükafatı laureatlarının iştirakı
ilə keçirilən Üçüncü Bakı Beynəlxalq
Humanitar Forumu narahatedici bütün məsələlərin
müzakirəsi üçün unikal tribuna, platformadır.
Azərbaycan.-2013.- 6 noyabr.- S.2.