Dünya birliyi Azərbaycanın mükəmməl təcrübəsini mənimsəyir

 

İsa HƏBİBBƏYLİ: "Bakı Beynəlxalq Humanitar Forumu dünyanı ədalətə, barışığa, əməkdaşlığa çağıraraq ümumbəşəri vəzifəni yerinə yetirdi"  

 

 

Aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi, svilizasiyalararası dialoqun uğurla gerçəkləşdiyi nüfuzlu məkan olan Bakıda daha bir beynəlxalq toplantı - Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. Forumda dünyanın müxtəlif ölkələrindən nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları daxil olmaqla 70 ölkədən 800-ə yaxın qonaq iştirak etdi.

Forumda təşkil olunan səkkiz sahə üzrə "dəyirmi masa"lara Milli Məclisin deputatları, siyasətçilər və politoloqlar da qatılmışdı. AMEA-nın vitse-prezidenti, akademik, AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı İsa Həbibbəyli forumda müzakirə olunan məsələlərlə bağlı fikirlərini bizimlə bölüşdü:

- Çoxsaylı beynəlxalq toplantıların, mühüm tədbirlərin keçirildiyi məkana çevrilən paytaxt Bakıda baş tutan Üçüncü Bakı Beynəlxalq Humanitar Forum Azərbaycanın dünyada nüfuzunun daha da artdığını göstərdi. Bu forum özünün mədəni, siyasi səviyyəsi və təşkilatçılıq imkanları ilə fərqləndi. Burada qloballaşan dünyanın meydana çıxardığı suallar ətrafında məruzələr dinlənildi və geniş müzakirələr aparıldı.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin forumdakı dərin məzmunlu nitqi bugünki dünyanın ictimaihumanitar elmlər sahəsindəki siyasəti müəyyən edəcək mükəmməl bir konsepsiyadan ibarətdir. Dövlət başçısının nitqində müasir dünyada gedən inkişaf prosesləri, elmi tendensiyalar, müxtəlif baxışlar Azərbaycan mövqeyindən  qlobal şəkildə özünün mükəmməl əksini tapdı. Eyni zamanda, forumun ayrı-ayrı bölmələrində son dərəcədə aktual olan "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları", "İqtisadi inkişafın humanitar aspektləri", "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi", "Multikulturalizmözgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında", "Postmodern dövründə milli özünüdərk", "Davamlı inkişafekoloji sivilizasiya", "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə", "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri" mövzularında "dəyirmi masa"lar keçirildi.

Mənim iştirak etdiyim "Multikulturalizmözgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında" mövzusunda "dəyirmi masa" maraqlı   məsələlərin müzakirəsi ilə yadda qaldı. Həm Avropa, həm də Azərbaycan alimlərinin dərin məzmunlu, aktual məruzələri dinlənildi. Prezident İlham Əliyev də forumun açılışında bu məsələyə xüsusi olaraq toxunmuşdu. Dövlət başçısı demişdir: "Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı olmuşdur. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu  möhkəm təməl üzərində qurur. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd etməliyəm ki, artıq tarixi keçmişimizbunu diktə edir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir".

Prezident İlham Əliyev xüsusi olaraq vurğulamışdır ki, XXI əsrdə multikulturalizmə alternativ yoxdur. Əlbəttə ki, biz XXI əsrdə ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamafobiya kimi xoşagəlməz meyillərə biganə yanaşa bilmərik. Ona görə multimədəniyyətli cəmiyyətlərin formalaşması, bu ideyaların təbliği hesab edirəm ki, hər bir məsuliyyətli siyasətçinin, ictimai xadimin fəaliyyətinin tərkib hissəsi olmalıdır.

Serbiyanın keçmiş Prezidenti Boris Tadiç isə bildirmişdir ki, Bakı forumu nəzərdə tutulan multikulturalizm modeli ilə bağlı təcrübənin həyata keçirilməsinə xidmət edəcək. Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy isə demişdir ki, foruma çoxlu sayda qonaqların gəlməsi müasir varlığın ən ciddi, ən dərin və əhəmiyyətli intellektual, siyasimülki problemlərini müzakirə etməyə ehtiyacın olduğunu göstərir.

Bakı Humanitar Forumu dünyada gedən qlobal problemlərin müzakirə mərkəzi oldu. Müsbət cəhətlərdən biri o idi ki, Azərbaycan forumda yüksək səviyyədə təmsil olundu. Azərbaycan alimlərinin baxışları, fikirləri təklifləri qonaqlar üçün maraqlı cəlbedici oldu. Bütövlükdə bu forum dünyanın indiki mənzərəsini tam olaraq aydın şəkildə canlandıra bildi dünyanı ədalətə, barışığa, əməkdaşlığa çağıraraq ümumbəşəri vəzifəni yerinə yetirdi. Hesab edirəm ki, forumda irəli sürülən fikirlər, təkliflər tezislər daha dərindən öyrəniləcək.

Ümumiyyələ, bu forumun Bakıda keçirilməsi Azərbaycandakı ictimai fikrin inkişafına dövlət səviyyəsində göstərilən dəstəyin ifadəsi idi. Forumda iştirak edən nüfuzlu şəxslər, Nobel mükafatı laureatları ilə ali məktəblərdə keçirilən görüşlər, imzalanan qarşılıqlı müqavilələr çox faydalı olacaq. Müasir təhsilin inkişaf etdirilməsinə, bu sahədə birgə kadrların hazırlanmasına, yeni layihələrin tətbiqinə, ölkələr arasında təhsil sahəsində əlaqələrin genişləndirilməsinə xidmət edəcək. Artıq üçüncü dəfə keçirilən forum bir daha təsdiq edir ki, təhsilin  müasirləşməsi inkişaf etdirilməsi Azərbaycan hökumətinin əsas prioritet istiqamətlərindən biridir.     

Humanitar forumun sonunda qəbul olunan bəyannamədə xüsusi olaraq vurğulandı ki, bu toplantıda iştirak edənlər multikulturalizm sahəsində bir çox ölkələrin, o cümlədən Azərbaycanın uğurlarını etiraf edir müxtəlif ölkələrin cəmiyyətdə konsensus əldə olunmasına yönəldilən dövlət siyasətinin əsas tərkib hissəsi kimi qazanılmış təcrübənin öyrənilməsini zəruri sayırlar. Ksenofobiya, irqçilikdözümsüzlüyün qarşısının alınması və eyni zamanda, tolerantlıq mədəniyyətinin formalaşdırılması məqsədilə multikulturalizm problemlərinin kütləvi informasiya vasitələrində işıqlandırılmasının vacibliyi xüsusi qeyd edildi. Həmçinin forum iştirakçıları mədəniyyətlərin dialoqunun gerçəkləşdirilməsi və tolerantlıq mühitinin formalaşdırılması məqsədilə beynəlxalq strukturları və müxtəlif humanitar təşkilatları mütəmadi olaraq forum, konfrans, diskussiya və "dəyirmi masa"lar keçirməyə çağırdılar. 

Üçüncü Bakı Beynəlxalq Humanitar Forum yüksək səviyyədə təşkil olunmaqla yanaşı, günün çağırışlarını etməklə də öz çəkisini ortaya qoymuş oldu. Bu forum dünyaya ciddi mesajlar verditarixi siyasi bir hadisəyə çevrildi. 

Azərbaycan bu gün dünya miqyasında tolerantlığın, multikulturalizmin ən mükəmməl modelinə malik dövlət kimi qəbul edilir. Bu inkaredilməz faktı foruma müxtəlif ölkələrdən qatılan onlarla iştirakçı şəxsi söhbətlərimizdə dönə-dönə vurğuladılar. Hesab edirəm ki, bu günlərdə Prezident İlham Əliyevin Vatikan Dövlətinin - Müqəddəs Taxt-Tacın ən yüksək və nadir mükafatlarından olan "Medalla Sede Vacante" medalı ilə təltif edilməsi də bu həqiqətin növbəti möhtəşəm etirafı oldu.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2013.-  6 noyabr.- S.4.