Sergey ALDOŞİN: «Bakı Beynəlxalq Humanitar Forumu

 ümumi elmi məsələləri nəzərdən keçirmək üçün çox vacibdir»

 

"Bakı Beynəlxalq Humanitar Forumu kompyuterinformasiya texnologiyalarının hazırlanması üzrə yeni yanaşmaları, bir sözlə, ümumi elmi məsələləri nəzərdən keçirmək üçün çox vacibdir". Bu sözləri Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Sergey Aldoşin AzərTAc-a müsahibəsində demişdir.

Bakı Beynəlxalq Humanitar Forumunda ilk dəfə iştirak etdiyini diqqətə çatdıran alim bundan əvvəlki forumlara qatılmamasından təəssüfləndiyini bildirərək demişdir: "Bu tədbirdə iştirak etmək bizim üçün olduqca maraqlıdır. Hər addımda maraqlı fikirlərə, mülahizələrə rast gəlmək olur. Forumun rəsmi açılışı mərasimində Azərbaycan Prezidentinin nitqi çox dolğun və maraqlı idi".

 

Azərbaycan.-2013.-  6 noyabr.- S.4.