Ferdinando Nelli
FEROÇİ: «Bu gün
Azərbaycan regionda
lider dövlət və dünyada
sürətlə inkişaf edən ölkədir»
"Bu gün Azərbaycan regionda lider dövlətlərdən və dünyada sürətlə inkişaf edən ölkələrdən biridir. Azərbaycan nəinki regionda, həm də Avropa məkanında öz layiqli yerini tutmuşdur". AzərTAc xəbər verir ki, bu sözləri Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Roma Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti Ferdinando Nelli Feroçi jurnalistlərə müsahibəsində demişdir.
F.Feroçi
bildirmişdir ki, Üçüncü Bakı Beynəlxalq
Humanitar Forumu siyasi, iqtisadi və humanitar sahələrdə
mövcud problemlərin müzakirəsi və həlli
baxımından böyük əhəmiyyət
daşıyır. Azərbaycanın yeni inkişaf mərhələsinə
qədəm qoyduğunu vurğulayan
F.Feroçi bildirmişdir
ki, sərbəst bazar
iqtisadiyyatı institutlarının yaradılması,
sahibkarlıq təşəbbüskarlığına söykənən
iqtisadiyyat modelinin bərqərar
olması, iqtisadi və sosial
infrastrukturun təkmilləşdirilməsi
Azərbaycanın gələcək inkişafı üçün geniş imkanlar açır.
Azərbaycan.-2013.- 6 noyabr.- S.4.