Azərbaycanlı aktrisa Karaqandada

 

Noyabrın ilk günündən Qazaxıstanın Karaqanda şəhərində "Operettamusiqi ulduzları" III Beynəlxalq musiqi festvialı keçirildi. Festivalda ölkəmizi Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı səhnə ustası, əməkdar artist Nərgiz Kərimova təmsil etdi. Bu aktrisa indiyə qədər müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil edib. Solist-vokalçı "Bakı payızı - 1989" respublika müsabiqəsinin, 1990-cı ildə isə Moskvada reallaşmış "Yeni adlar" ümumittifaq müsabiqəsinin laureatı olub. Nərgiz Kərimova ötən il Karaqandada təşkil edilmiş beynəlxalq "Docstar" müsabiqəsində birinci yerə layiq görülmüşdü.

 

Azərbaycan.-2013.-  6 noyabr.- S.7.