Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ECO Ticarət və İnkişaf Bankının adından ən səmimi təbriklərimi çatdırmaqdan qürur hissi duyuram. Növbəti prezidentlik dövründə zati-alinizə səmimi-qəlbdən daha böyük uğurlar və möhkəm cansağlığı arzu edirəm.

Əminəm ki, hakimiyyətdə olduğunuz dövrdə Azərbaycan ilə ECO-nun üzvü olan ölkələr arasında həmrəylik və əməkdaşlıq daha da güclənəcəkdir. Bu mənada Azərbaycan Respublikasını ECO Ticarət və İnkişaf Bankının üzvü və səhmdarı kimi görməkdən böyük qürur duyuruq. Böyük imkanları ilə Azərbaycanın təşkilata üzvlüyü qurumun regiondakı iqtisadi əməkdaşlığı və inkişafı gücləndirmək səylərini daha da möhkəmləndirəcəkdir.

ECO Ticarət və İnkişaf Bankı bir sıra mühüm layihələrin həyata keçirilməsi üçün nüfuzlu Azərbaycan Respublikası ilə birgə çalışmağa hazırdır. Bu sahədə Zati-alinizin dəyərli və lütfkar dəstəyi bankımız üçün vacibdir.

Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

 

 

Hüseyn QƏZAVİ,

ECO Ticarət və İnkişaf Bankının prezidenti

Azərbaycan.-2013.-  6 noyabr.- S. 1.