Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Bu seçkilərdəki inamlı qələbəniz Azərbaycanı inkişaf etdirmək siyasətinizin seçicilər tərəfindən dəstəklənməsinin əyani təsdiqidir.

Həmkarlarım və mən bir müddət əvvəl Bakıda Zati-alinizlə görüşüb Azərbaycanın, ABŞ-ın və regiondakı tərəfdaşlarımızın qarşılaşdığı problemləri müzakirə etmişik.

Fürsətdən istifadə edərək ABŞ hökumətinə və xalqına göstərdiyiniz möhkəm dəstəyə görə, cənab Prezident, Sizə, Azərbaycan hökumətinə və xalqına təşəkkürümü bildirmək istərdim.

ABŞ-ın və Azərbaycanın bir sıra ortaq strateji maraqları vardır. Bu maraqların təmin olunmasında, o cümlədən terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyi məsələsində, ABŞ və NATO qüvvələrinin Əfqanıstanda sülhyaratma əməliyyatlarında Azərbaycan Birləşmiş Ştatların etibarlı və sınanılmış tərəfdaşıdır.

Hörmətlə,

 

 

Senator Riçard BÖR,

ABŞ Senatının Şimali Karolina ştatından üzvü

Azərbaycan.-2013.-  6 noyabr.- S.1.