Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri!
Sizi yenidən Prezident seçilməyiniz, Azərbaycan xalqını isə vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsində növbəti mühüm bir mərhələ münasibətilə təbrik edirəm. Ümummilli seçkilər vətəndaşlara seçim hüququ verir və demokratik prosesin vacib hissəsini təşkil edir.
ABŞ ilə Azərbaycan ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq əlaqələrinə malikdirlər. Bizim ölkələri ekstremizmin yayılmasının qarşısının alınması, dünyada tolerantlığın və tərəqqinin inkişafı uğrunda birgə fəaliyyət kimi ortaq dəyərlər birləşdirir.
Biz hər bir demokratik sistemin əsası olan bu fundamental dəyərlərin Azərbaycan cəmiyyətində dərin köklərə malik olduğunu təsdiqləyirik.
Cənab Prezident, Azərbaycanın dostu olaraq, Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Coni TÖRNER,
ABŞ-ın Tennesi
ştatının Nümayəndələr Palatasının
üzvü
Azərbaycan.-2013.- 6 noyabr.- S.1.