Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri!
Bu il oktyabrın 9-da seçicilər seçki məntəqələrinə gəlib sabitliyə, inkişafa, tərəqqiyə yönəlmiş siyasətinizi dəstəkləyərək Sizə - böyük dövlət xadiminə və müasir Azərbaycanın liderinə yekdilliklə səs vermişlər.
Ümummilli
lider Heydər Əliyev demişdir: "Azərbaycan dünyaya
Günəş kimi doğacaq". Hörmətli İlham Heydər oğlu,
ulu öndər Heydər Əliyevin bu sözlərini məhz Siz
reallığa çevirmisiniz. Sizin yorulmaz əməyiniz,
titanik fəaliyyətiniz sayəsində
Azərbaycan son 10 ildə müasir
ölkələrdən birinə, regionun
hərəkətverici qüvvəsinə çevrilmişdir.
Azərbaycanda müasir istehsal müəssisələri istifadəyə
verilir, sosial problemlər
uğurla həll edilir,
şəhərlər, rayonlar
abadlaşır, Şərq və Qərb ölkələrini
birləşdirən enerji və nəqliyyat
dəhlizləri yaradılır. İqtisadiyyat,
mədəniyyət və idman sahələrində
heyrətamiz nailiyyətlər Azərbaycanı mühüm ölkələr sırasına
çıxarmışdır. Burada dünya, Avropa və beynəlxalq
səviyyəli tədbirlər, forumlar, festivallar, idman
yarışları keçirilir.
Siz bir sıra istiqamətlərdə yeni ideyaları reallaşdırmaqla Azərbaycanın həyatını, xalqın dünyagörüşünü modernləşdirir, ölkədə memarlıq, şəhərsalma, təhsil, təbabət və digər sahələrdə Avropa və dünya səviyyəli yeniliklər tətbiq edir, insanların rifahını yaxşılaşdırırsınız. Bunu bütün dünya birliyi etiraf edir.
Buna görə də dünyanın nüfuzlu çoxsaylı şirkətləri Azərbaycana gəlir, ölkə iqtisadiyyatının inkişafına böyük sərmayələr qoyurlar. Bu, Sizə böyük etimadın parlaq nümunəsidir.
Sizin ardıcıl, uzaqgörən və müstəqil siyasətiniz sayəsində Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının üzvü olmuşdur. Bu, Sizin ölkənizin dünyada əsas dövlətlərdən biri kimi tanınmasına parlaq sübutdur.
Zati-aliləri, bizim "World Fashion Brands & Merchandising Group/World Fashion Organization" şirkəti də ölkənizlə sıx əməkdaşlıq etməyə, moda və ticarət sahəsində yeni ideyaları, müasir baxışları və son nailiyyətləri Azərbaycana gətirməyə, Sizin Azərbaycanı modernləşdirmək siyasətinizin iştirakçısı olmağa hazırdır.
Cənab Prezident, seçkilərdə inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ölkənin inkişafı naminə ardıcıl siyasətinizdə böyük uğurlar arzulayır, Azərbaycan xalqına isə Sizin rəhbərliyinizlə gözəl həyat, firavanlıq, sülh və tərəqqi diləyirik.
Dərin
hörmətlə,
Devid Lİ,
Oksford Universitetinin elmlər
doktoru, "World Fashion Brands &
Merchandising Group/World Fashion Organization (WFO)" şirkətinin
sədri - baş icraçı direktoru
Vladimir ZAPLATİNSKİ,
iqtisadiyyat doktoru, "World Fashion Brands &
Merchandising Group/World Fashion
Organization (WFO)" şirkətinin
sədr müavini
Azərbaycan.-2013.- 6 noyabr.- S.1.