«Muğam televiziya müsabiqəsi-2013» yaddaqalan
final yarışması ilə başa
çatmışdır
Noyabrın 6-da Azərbaycan televiziya və radio günündə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə üç ay davam edən "Muğam televiziya müsabiqəsi-2013"ün final mərhələsi keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə akademik Ziyad Səmədzadə və Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Nizami Cəfərov çıxış edərək Azərbaycan televiziyasının keçdiyi tarixi inkişaf yolundan söz açmışlar.
Diqqətə
çatdırılmışdır ki, Azərbaycan
radiosu 1926-cı il
noyabrın 6-da fəaliyyətə başlamışdır. Azərbaycan televiziyası yaranandan sonra bu tarix
teleradio günü kimi qeyd edilir.
Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra teleradio məkanında böyük dəyişikliklər
baş vermişdir. Azərbaycan televiziyasının
auditoriyası çox
genişdir. Bu gün onun verilişlərini
peyk vasitəsilə dünyanın hər yerində izləmək mümkündür.
Bildirilmişdir ki, bu gün
bayram-bayrama qovuşmuşdur. Belə bir
gündə iki mühüm hadisənin qeyd olunması təqdirəlayiqdir.
Tədbirdə Azərbaycan muğam sənətinin qorunub saxlanılmasında, təbliğində
və inkişaf etdirilməsində Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri
xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur
ki, muğam sənəti sahəsində
yeni istedadların üzə çıxarılmasında
Heydər Əliyev Fondunun böyük rolu olmuşdur.
Vurğulanmışdır ki, Azərbaycan muğamı professional musiqi
mədəniyyətimizin mühüm
qolunu təşkil edir. Təsadüfi deyildir
ki, bu milli
musiqinin bəşəri
əhəmiyyətini nəzərə
alan UNESCO 2003-cü ildə onu bəşəriyyətin
qeyri-maddi mədəni
irsinin şah əsərlərindən biri
elan etmişdir.
Bir daha diqqətə çatdırılmışdır ki, cari il avqustun 6-da Beynəlxalq Muğam Mərkəzində "Muğam
televiziya müsabiqəsi-2013"ün startı verilmişdir. Müsabiqənin Azərbaycan Televiziyası
və Radiosu, eləcə də "Mədəniyyət" kanalı
ilə canlı yayımlanması isə muğamsevərlər üçün
əsl ərməğan
olmuşdur.
Bildirilmişdir ki, bu gənclər
müxtəlif rayon və
şəhərlərdə aparılan dinləmələrdə
yaşıdlarından seçilən
istedad sahibləridir. Ümumilikdə 500-dən çox gəncin iştirak etdiyi birinci turdan növbəti mərhələyə
48 xanəndə vəsiqə
almış, onlardan isə 21-i Bakı səhnəsində çıxış
etmək hüququ qazanmışdır. Artıq bir
ənənəyə çevrilən
və dördüncü
dəfədir ki, keçirilən muğam televiziya müsabiqəsinin
münsiflər heyəti
də həmişə
olduğu kimi peşəkarlardan ibarətdir.
Müsabiqənin münsiflər heyətinin
üzvləri - xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Ağaxan
Abdullayev, Mənsum İbrahimov, əməkdar incəsənət
xadimi, Bəstəkarlar
İttifaqının katibi
Sərdar Fərəcov
və əməkdar incəsənət xadimi, müsabiqənin təşkilat
rəhbəri Nadir Axundov
iştirakçılara təqdim
olunduqdan sonra söz muğama verilmişdir.
Sonra
"Muğam" instrumental ansamblının müşayiətilə
müsabiqənin final mərhələsinə
çıxmış gənc
ifaçılar Xətai
Hacıyev, Gülnar Qüdrətli, Babək Quliyev, Ramiq Bayramov, Zümrüd Məmmədova, Sərxan Bünyadzadə və Mirpaşa Şükürov
tamaşaçılar və
münsiflər heyəti
qarşısında bir
daha imtahan vermişlər. Onların bir-birindən gözəl
ifaları tamaşaçıları
heyran qoymuşdur.
Gecədə obyektiv səbəblərdən
müsabiqənin Naxçıvanda
keçirilən növbəti
mərhələsində iştirak
edə bilməyən
Murad Əbduləzimov
və Ayşən Mehdiyevanın da ifaları dinlənilmişdir.
Sonra münsiflər
heyəti səhnəyə
dəvət olunmuş,
müsabiqənin qaliblərinin
adları elan edilmiş və mükafatlandırma mərasimi
keçirilmişdir.
Müsabiqə iştirakçılarının 14 nəfərinə diplomlar
təqdim edilmişdir.
İştirakçılardan Murad Əbduləzimov və Ayşən Mehdiyeva "Tamaşaçıların
rəğbəti" mükafatına
layiq görülmüş
və onlara üzərində müsabiqə
təşkilatçılarının emblemi olan qaval
hədiyyə olunmuşdur.
Müsabiqənin münsiflər heyətinin
yekdil qərarı ilə Sərxan Bünyadzadə birinci, Xətai Hacıyev, Zümrüd Məmmədova
ikinci, Ramiq Bayramov, Gülnar Qüdrətli və Babək Quliyev isə üçüncü
yerləri tutmuşlar.
"Muğam televiziya müsabiqəsi - 2013"ün 12 yaşlı iştirakçısı
Mirpaşa Şükürov
yarışmanın ən
yüksək mükafatına
- "Qran-pri"yə layiq görülmüşdür.
Qaliblərə diplomlar və Azərbaycanın musiqi alətlərinin rəmzi olan qiymətli xatirə hədiyyələri
təqdim olunmuşdur.
Münsiflər heyəti adından xalq artisti Əlibaba
Məmmədov çıxış
edərək teleradio işçilərini təbrik
etmiş, onlara uğurlar arzulamışdır. O, bildirmişdir
ki, bu müsabiqə
təkcə musiqi yarışması deyildir.
Bu müsabiqə Azərbaycan muğamlarına
yeni nəfəslər,
yeni ifaçılar gətirmişdir.
Xalq artisti xüsusi olaraq vurğulamışdır
ki, Azərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muğamlarımıza
yeni həyat vermiş və onun inkişafına, təbliğinə hər
zaman yardımçı
olmuşlar.
Sonda
qaliblər və diplomantlar birlikdə "Qarabağ şikəstəsi"ni
ifa etmişlər.
Azərbaycan.-2013.- 7 noyabr.- S. 7.