Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi Azərbaycanın Dostları Assambleyası adından təbrik edirəm. Bu seçkilər Azərbaycan Respublikasında demokratiyanın inkişafı uğrunda növbəti mühüm mərhələ olmuşdur.

Azərbaycan və ABŞ-ı birgə strateji maraqlar birləşdirir. Bir amerikalı kimi, Azərbaycanın ABŞ-ın Əfqanıstan və İraqda həyata keçirdiyi sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirirəm. ABŞ ilə Azərbaycan ekstremizmin yayılmasının qarşısının alınması, dünyada tolerantlığın və tərəqqinin inkişafı uğrunda birgə fəaliyyət göstərir. Azərbaycan bizim avropalı müttəfiqlərimizin enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayır. ABŞ və avropalı müttəfiqlərimiz bu məsələdə Azərbaycanın liderliyini yüksək qiymətləndirir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

 

Kamal ÖKSÜZ,

ABŞ-da Azərbaycanın Dostları Assambleyasının prezidenti

Azərbaycan.-2013.-  7 noyabr.- S. 1.