Yekaterinburqun başçısı - Şəhər
Dumasının sədri Yevgeni Royzman Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevi təbrik etmişdir
Rusiya Federasiyası Yekaterinburq şəhərinin başçısı - Yekaterinburq Şəhər Dumasının sədri Yevgeni Royzman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik etmişdir. Təbrik məktubunda deyilir:
"Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Yekaterinburq sakinləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, ali dövləti vəzifənizin növbəti dönəmində də Azərbaycan Respublikası sürətli inkişafını davam etdirəcəkdir.
Biz Yekaterinburq şəhəri ilə Azərbaycan arasında iqtisadi və mədəni əlaqələrin inkişafına böyük əhəmiyyət veririk. Ümidvaram ki, ikitərəfli dialoqumuz davam edəcək, əməkdaşlığımız daha da möhkəmlənəcəkdir.
Cənab
Prezident, Sizə möhkəm cansağlığı, bütün
planlarınızın uğurla həyata keçməsini, Azərbaycan
vətəndaşlarına sülh və əmin-amanlıq
arzulayıram".
AzərTAc
Azərbaycan.-2013.- 8 noyabr.- S. 1.