Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da bu arzusunu böyük fədakarlıqlar və əvəzsiz itkilər hesabına həyata keçirməyə nail olmuşdur. Azərbaycan dövlətinin qazandığı uğurlar, milli dövlətçiliyimizin qorunub möhkəmləndirilməsi, demokratik, hüquqi və sülhsevər bir ölkə kimi tanınması ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin nəticəsidir.

Bu gün ümummilli liderin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Zati-alinizin həyata keçirdiyi dərin məzmunlu və çoxşaxəli siyasi kurs Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir. Bunun nəticəsidir ki, dostqardaş Türkiyə Respublikası başda olmaqla region və digər dünya dövlətləri ilə Azərbaycan Respublikası arasında qarşılıqlı iqtisadi-siyasi, sosial mədəni əlaqələr gündən-günə genişlənir və inkişaf edir.

Cənab Prezident, Azərbaycan-Türkiyə dostluq və qardaşlığının möhkəmlənməsinə, türk investorların Azərbaycana cəlb edilməsinə töhfələr verən Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti - TÜSİAB-ın üzvləri adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı sülhdemokratiya, əmin-amanlıq, iqtisadi inkişaf yolu ilə sürətlə irəliləyərək öz tarixinin yeni şanlı səhifələrini yazacaqdır.

Ən dərin hörmətlərimlə,

 

 

Murat BAKIR,

Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti idarə heyətinin sədri

Azərbaycan.-2013.-  8 noyabr.- S. 1.