Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Cənab Prezident!
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi öz adımdan, Norveç Krallığında yaşayan azərbaycanlılar və bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımız adından təbrik edir, xalqımızın rifahı və dövlətimizin gələcək inkişafı naminə Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq.
Mütləq səsçoxluğu ilə yenidən Prezident seçilməyiniz həm xaricdə yaşayan azərbaycanlılar, həm də xalq arasında yüksək nüfuzunuzun olduğunu bütün dünyaya təsdiqlədi. Əminik ki, Prezidentliyinizin növbəti beş ilində də Norveç və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin dərinləşməsi və genişlənməsi işinə dəstək verəcəksiniz.
Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Ramil ƏLİYEV,
Oslo Azərbaycan Evi-nin təsisçisi
və sədri, Norveç Azərbaycanlıları Gənclər
Təşkilatının (NAYO) təsisçisi və baş
katibi, Avropa Azərbaycanlıları Konqresinin İcraiyyə
Komitəsinin üzvü, Dünya Azərbaycanlı Gənclər
Birliyi idarə heyətinin üzvü
Azərbaycan.-2013.- 8 noyabr.- S. 1.