Tacikistan Respublikasının Prezidenti zati-aliləri cənab Emoməli Rəhmona
Hörmətli Emoməli Şərifoviç!
Yenidən Tacikistan Respublikasının
Prezidenti seçilməyiniz
münasibətilə Sizi
səmimi qəlbdən
təbrik edirəm.
Seçkilərdə inamlı qələbəniz
Sizə göstərilən
yüksək etimada, Sizin yürütdüyünüz,
ölkənin müstəqilliyinin
və suverenliyinin möhkəmlənməsinə, demokratiyanın, hüquqi qaydanın və qanunçuluğun inkişafına
yönəlmiş fəaliyyət
xəttinin Tacikistan xalqı tərəfindən
dəstəklənməsinə dəlalət edir.
Əminəm ki, birgə səylərimiz bundan sonra da bizim
mehriban, ənənəvi
dostluq münasibətlərimizin
genişlənməsinə, xalqlarımızın tərəqqisi
naminə ölkələrimiz
arasında əməkdaşlığın
və qarşılıqlı
əlaqələrin dərinləşməsinə
xidmət edəcəkdir.
Hörmətli Emoməli Şərifoviç,
fürsətdən istifadə
edib Sizə möhkəm cansağlığı,
xoşbəxtlik və
dost Tacikistanın rifahı
naminə ali
dövləti fəaliyyətinizdə
uğurlar arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 noyabr 2013-cü il
Azərbaycan.-2013.- 8 noyabr.- S.1.