Heydər Əliyev Mərkəzində
«Əbədi sevgi» qala-konserti
keçirilmişdir
Azərbaycanın
birinci xanımı Mehriban
Əliyeva konsertdə olmuşdur
Noyabrın 2-də Heydər Əliyev Mərkəzində Rusiya Federasiyasının xalq artisti Dmitri Bertmanın quruluşunda "Əbədi sevgi" qala-konserti Azərbaycan tamaşaçılarına təqdim edilmişdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızları konsertdə olmuşlar.
Heydər Əliyev Mərkəzinin mədəniyyətin inkişafına dəstək, dünya incəsənəti nümunələrinin Azərbaycanda təbliği layihəsi çərçivəsində keçirilən konsertdə ötən əsrin dünyada ən məşhur və sevilən romantik mahnıları səslənmişdir.
Heydər
Əliyev Mərkəzində
"Kuin" qrupunun
"I was born to love you", Endi Uilyamsın "Moon river", Selin
Dionun "My heart will go on", Elvis Preslinin "Love me tender", Uitni
Hyustonun "I will always love you", Demis Russosun "Souveniers", Merilin Monronun "I Wanna Be Loved
By You", Elton Conun "I Believe In
Love", "Bitlz" qrupunun
"All you need is love" kimi ürəkləri fəth
etmiş mahnılar rusiyalı artistlərin ifasında təqdim olunmuşdur.
Heydər Əliyev Mərkəzində
keçirilən konsert
rəngarəng səhnə
tərtibatı, bir-birindən
gözəl nəğmələrin
maraqlı təqdimatları
ilə yadda qalmışdır.
Konsertdən sonra səhnəyə çıxan Rusiya Federasiyasının xalq artisti Dmitri Bertman bildirmişdir ki, onların teatrı Azərbaycanda artıq dəfələrlə olmuşdur. Azərbaycana pərəstiş etdiklərini
bildirən görkəmli
rejissor hər dəfə bu ölkəyə gələndə
gördükləri dəyişikliklərdən
heyran qaldıqlarını
demişdir. Nadir memarlıq abidəsi olan Heydər Əliyev Mərkəzi, dənizin sahili, şəhərdə baş
verən yeniliklər insanı məftun edir. Azərbaycanda mədəniyyətə, gözəlliyə, estetikaya
böyük diqqət
yetirilir ki, bütün bunlar dünyanı xilas edəcəkdir.
Ölkəmizə gəlməklərindən çox
şad olduqlarını
bildirən Dmitri Bertman
Azərbaycanın birinci
xanımı Mehriban Əliyevaya dərin təşəkkürünü bildirmiş, onun həyata keçirdiyi missiyanı yüksək qiymətləndirmiş və
buna dərin hörmət bəslədiklərini
vurğulamışdır. O demişdir
ki, bu missiya
dünya tarixinə daxil olacaqdır.
AzərTAc
Azərbaycan.-2013.- 3 noyabr.- S.3.