Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanı
bir daha dünyada dialoq məkanı kimi tanıtdı
Azərbaycan daha bir beynəlxalq
foruma ev
sahibliyi etdi. Oktyabrın 31-i və noyabrın 1-i tarixlərində
dünyanın 70 ölkəsindən
gələn 800 nəfərin
iştirakı ilə
Heydər Əliyev Mərkəzində Üçüncü
Bakı Beynəlxalq Humanitar Forumu keçirildi.
Forumun
açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev geniş nitq söylədi. Dövlət başçısı bildirdi
ki, Azərbaycanda humanitar əməkdaşlığa
bütün dövrlərdə
böyük diqqət
göstərilib və
bu forum gözəl bir ənənəyə çevrilib. Ölkəmizdə bu sahədə artıq gözəl təcrübə də toplanıb. Prezident eyni zamanda qeyd
etdi ki, multikulturalizm Azərbaycanda
dövlət siyasətidir:
"Artıq tarixi keçmişimiz də bunu diktə edir. Eyni zamanda, multikulturalizm
Azərbaycanda həyat
tərzidir. Gündəlik həyatımızda bu prinsiplər əsasında
fəaliyyət göstəririk
və bu prinsiplər cəmiyyətin
mütləq əksəriyyəti
tərəfindən dəstəklənir,
müdafiə edilir".
Prezident
İlham Əliyev onu da diqqətə
çatdırdı ki,
bu gün Bakıda siyasi, iqtisadi, enerji məsələləri ilə
yanaşı, humanitar
məsələlər də
yüksək səviyyədə
müzakirə edilir. Azərbaycanda son illər ərzində
müxtəlif mövzularla
bağlı mötəbər
beynəlxalq tədbirlər,
sammitlər, konfranslar
keçirilir və Bakı bir növ
beynəlxalq əməkdaşlığın
mərkəzlərindən birinə çevrilib.
Forumun
təşkili, aparılan
müzakirələr və
digər məsələlərlə
bağlı fikirlərini
bölüşən siyasətçilər,
politoloqlar da birmənalı düşünürlər.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirdi ki, Azərbaycanda
beynəlxalq toplantıların,
forumların baş tutması ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir.
Bu onu deməyə
əsas verir ki, hazırda Azərbaycan regionda deyil, dünyada söz sahibinə çevrilib. Artıq Bakı
aktual humanitar əməkdaşlıq məsələlərinin
müzakirə edildiyi
nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq
ənənələri olan
Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün
ideal yerdir. Onun sözlərinə
görə, forumda dünyanın müxtəlif
ölkələrindən çoxsaylı
nümayəndələr iştirak
edir. Onların arasında nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı
laureatları və digər şəxslər
var: "Prezident İlham Əliyev öz nitqində də xüsusi olaraq vurğulayıb ki, belə tədbirlərin
Azərbaycanda keçirilməsi,
yəqin ki, təbiidir. Çünki Azərbaycanda bütün
millətlərin, dinlərin
nümayəndələri sülh,
əmin-amanlıq, qardaşlıq
şəraitində yaşamışlar.
Azərbaycanda hökm sürən
ictimai-siyasi quruluşdan
asılı olmayaraq, bütün dövrlərdə
dözümlülük, tolerantlıq
hökm sürüb.
Bu gün müstəqil
Azərbaycan öz siyasətini bu möhkəm
təməl üzərində
qurur".
Milli
Məclisin deputatı
hesab edir ki, həqiqətən, XXI
əsrdə multikulturalizmə
alternativ yoxdur. XXI əsrdə ayrı-seçkilik,
diskriminasiya, ksenofobiya,
islamafobiya kimi xoşagəlməz meyillərə
biganə yanaşmaq olmaz: "Azərbaycanda tolerantlığın tarixi
qədim dövrlərə
gedib çıxır
və bunun əsas səbəblərindən
biri ölkəmizin
"Böyük İpək
Yolu"nun üzərində
yerləşməsidir. Azərbaycanda tolerantlığın qədim
tarixə malik olmasının digər başlıca səbəbi
də ölkəmizin
ərazisində müxtəlif
dinlərin və dini təriqətlərin təşəkkül tapmasıdır.
Bunun nəticəsidir ki, bu gün Azərbaycan
ərazisində müxtəlif
dinlərə və dini təriqətlərə
məxsus insanlar mehriban şəraitdə bir yerdə yaşayırlar". Mübariz
Qurbanlının fikrincə,
Azərbaycan belə beynəlxalq əhəmiyyətli
tədbirlərə ev sahibliyi etməklə dünya mədəniyyətinə, iqtisadiyyatına
inteqrasiya edir.
Milli Məclisin
deputatı Vahid Əhmədov bildirdi
ki, ölkəmizdə
keçirilən beynəlxalq
forumlar Azərbaycan üçün mühüm
əhəmiyyət kəsb
edir. Onun fikrincə,
bu cür forumlar ölkələr arasında mədəni əlaqələrin qurulmasında,
münasibətlərin yaranmasında
xüsusi rola malikdir ki, bu
da müstəqil dövlətlər üçün
böyük önəm
daşıyır. Eyni
zamanda, bu cür forumlarda imzalanan sənədlər
ölkə üçün
mühümdür: "Ümumiyyətlə,
mən ölkəmizdə
keçirilən bu cür forumları yüksək qiymətləndirirəm. Düşünürəm ki, Azərbaycanda
keçirilən bütün
forumlar ölkəmiz üçün mühüm
əhəmiyyətə malikdir.
Orada gündəmdə olan məsələlər müzakirə
olunur ki, bu halı müsbət
qiymətləndirirəm. Bu cür forumlar
ölkələrin iqtisadi
vəziyyətini müzakirə
edib onun dünyaya çatdırılması
üçün əhəmiyyətlidir".
Deputatın
fikrincə, bu gün yüksələn xətlə inkişaf edən Azərbaycanda forumların, konfransların
keçirilməsinin digər
bir müsbət cəhəti də odur ki, bu
inkişafı dünyanın
müxtəlif regionlarından
gələn insanlar görür və bu, dövlətimiz üçün siyasi dividendlər gətirir. Üçüncü Bakı Humanitar
Forumunda müxtəlif
aspektli məsələlər
müzakirəyə çıxarıldı.
Bu mövzular isə forumun əhəmiyyətini daha da artırmış oldu.
Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzinin
(SAM) direktoru Fərhad
Məmmədov isə
bildirdi ki, Bakıda baş tutan humanitar forum, orada müzakirə olunan mövzular Azərbaycanı dünyada
bir dialoq məkanı kimi tanıtdı: "70-dən çox
ölkədən 800 nəfər
və bu iştirakçılar sırasında
keçmiş prezidentlər,
Nobel mükafatçıları və dünyada ictimai rəyi formalaşdıran insanların
iştirakı bu forumun Azərbaycan, eyni zamanda, dünya
üçün kifayət
qədər əhəmiyyətli
olduğunu göstərir".
Fərhad
Məmmədov dövlət
başçısının "multikulturalizm Azərbaycanda
dövlət siyasətidir,
eyni zamanda, multikulturalizm Azərbaycanda
həyat tərzidir"
fikirlərini də dəyərləndirib. Onun sözlərinə görə,
multikulturalizm ilk növbədə
fərqli mədəniyyətlərin,
etnik qrupların birgə yaşam formuludur. Bu, azərbaycançılıq idealogiyasının
əsasını təşkil
edən, identlikliyin formalaşmasıdır. Multikulturalizm bugünkü həyatımızın
reallığıdır. Müasir dünyada multikulturalizmin alternativi yoxdur. Çünki dünyada müxtəlif
mədəniyyətlər, dinlər mövcuddur.
Dövlət üçün hər bir vətəndaş,
genindən, etnik qrupunun mənsubluğundan,
irqindən asılı
olmayaraq əzizdir və tam hüquqlu olan bir vətəndaşdır.
Bir sözlə, multikulturalizm
ayrı-seçkiliyə yol
vermir, əksinə, bütün xalqları birləşdirir.
SAM-in direktoru vurğuladı ki, Azərbaycan belə forumlar keçirməklə
dünyada gedən proseslərə biganə qalmadığını göstərir. Bu gün Azərbaycan
nəinki regionda, həm də qlobal müstəvidə də kifayət qədər
fəaldır: "Azərbaycan dünyada
bir neçə məsələ ilə
tanınır. Bunlar Dağlıq Qarabağ münaqişəsi, enerji
siyasəti, inkişaf edən iqtisadiyyat və tolerant cəmiyyətdir.
Bakıda hər ay demək olar ki, beynəlxalq konfranslar, biznes forumlar təşkil olunur.
Azərbaycanın artan nüfuzu,
sürətli iqtisadi inkişafı bir çox böyük dövlətləri
maraqlandırmağa başlayır. Artıq iqtisadiyyatın, informasiya texnologiyalarının
inkişafının Azərbaycan modelindən istifadə edən
ölkələr də var".
Bəli,
artıq Bakı 3-cü dəfə Beynəlxalq Humanitar Foruma ev sahibliyi etdi.
Üç il ərzində
Bakı müxtəlif sivilizasiyaları, müxtəlif millətləri
təmsil edən, dünya haqqında
müxtəlif təsəvvürlərə malik
olan insanlar üçün mühüm
görüş yerinə çevrildi.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2013.- 3 noyabr.- S.3.