Dəyişməz
seçim
Prezident seçkiləri bütün sivil cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da mühüm siyasi hadisə kimi xarakterizə olunur. Bu il oktyabrın 9-da keçirilən prezident seçkiləri mühüm siyasi hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövləti və xalqının demokratiya yolu ilə inamla irəlilədiyini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu seçki bütün parametrləri ilə Azərbaycanın siyasi tarixinə ən demokratik, ən şəffaf, ədalətli və azad seçkilər kimi düşdü. Azərbaycan xalqı özünün tarixi və ən doğru seçimini edərək cənab İlham Əliyevə səs verdi.
Azərbaycan xalqı
ilk dəfə hələ 10 il əvvəl İlham Əliyevə
səs verməklə Heydər Əliyev siyasi
kursunun davamına, Azərbaycanın dünya birliyində
özünə layiqli yer tutaraq söz sahibinə çevrilməsinə,
Qafqazdakı lider rolunun möhkəmlənməsinə, enerji
və nəqliyyat təhlükəsizliyinin
davamlılığına, ərzaq təhlükəsizliyinin
təmin olunmasına, güclü və müasir ordu
quruculuğuna, ölkə vətəndaşlarının
xoşbəxt və firavan yaşayışının
etibarlı şəkildə təmin edilməsinə dəstək
verdi. Prezident İlham Əliyev verdiyi
bütün vədlərə sadiq qalaraq həm birinci, həm
də ikinci prezidentliyi dövrlərində Azərbaycanı
bütün sahələrdə inkişaf etdirdi və ötən
10 il tariximizin qızıl dövrü kimi yaddaşlara həkk
olundu. Ötən 10 ilin sosial-iqtisadi göstəricilərinə
nəzər salsaq görərik ki, bu müddətdə
dövlət büdcəsinin həcmi 20 dəfəyədək
artıb, strateji valyuta ehtiyatlarının həcmi 30 dəfə
çoxalaraq 50 milyard dollara çatıb. Cənubi Qafqazda
iqtisadiyyatın 80 faizi, strateji valyuta ehtiyatlarının isə
91 faizi respublikamızın payına düşür. Bunlardan başqa, MDB məkanında iqtisadiyyatda
keçid dövrünü başa vuran ilk dövlət olan
Azərbaycan həm də milli iqtisadiyyatın rəqabət
qabiliyyəti göstəricilərinə görə 144
dövlət sırasında 39-cu yerdədir. Ötən 10 ildə sahibkarlıq subyektlərinin
sayı 2,9 dəfə çoxalıb, 3592 istehsal və
xidmət müəssisəsi yaradılıb, 1 milyon 200 mindən
artıq iş yeri açılıb, işsizlik 5 faizə
düşüb.
Son 10 ildə Azərbaycanda sosial-iqtisadi
infrastruktur da tamamilə yenilənib. Ölkədə
2708 məktəb, 500-ə yaxın tibb ocağı tikilib və
əsaslı təmir olunub. 35 olimpiya idman
kompleksi istifadəyə verilib, idman qurğularının
sayı 10 minə çatdırılıb. 5 beynəlxalq
hava limanı, 4 avtovağzal kompleksi, 4 metropoliten stansiyası
tikilib, 10 min km-ə yaxın avtomobil yolu və 207 yeni
körpü istifadəyə verilib və s. Bütün bunlar
çoxsaylı statistik göstəricilərin cüzi hissəsidir.
Bütün beynəlxalq qurum və təşkilatlar
da birmənalı şəkildə etiraf edirlər ki,
İlham Əliyev dövlət sükanı arxasına
keçdikdən sonra Azərbaycanın inkişafı sürətlənmiş,
ümumi daxili məhsul istehsalının artım tempinə
görə dünyanın lider dövlətlərindən
birinə çevrilmişdir. Odur ki, bu gün cənab
İlham Əliyevin timsalında hər bir Azərbaycan vətəndaşı,
hər bir seçici ölkənin tərəqqisinin simvolunu
görür, bu böyük şəxsiyyəti
inkişafın, müasirləşmənin təminatçısı
kimi dəstəkləyir.
Bütün bunlara görə qətiyyətlə
deyə bilərik ki, Prezident İlham Əliyev çox
qısa müddətdə bütün sahələrin
inkişafı istiqamətində çoxşaxəli
islahatlar həyata keçirməklə Azərbaycanın ən
yeni tarixinə qızıl hərflərlə yazılan
uğurların müəllifi oldu. Ölkə
rəhbərində olan yüksək keyfiyyətlər - qətiyyətlilik,
prinsipiallıq, zamanında sözünü demək, radikal tədbirlər
görmək bacarığı Azərbaycanın
inkişafını və müxtəlif sferalarda qazanılan
uğurları şərtləndirən əsas amillərdəndir.
Cənab Prezidentin istər xarici, istərsə də
daxili məsələlərdə nümayiş etdirdiyi siyasi
iradə Azərbaycan dövlətçiliyinin daha da qüdrətlənməsinin,
ölkənin dinamik inkişafının əsas leytmotivini təşkil
etmişdir.
Bütün bunlarla yanaşı, dövlət
başçısının cəmiyyətin sosial
sifarişinə uyğun çevik qərarlar qəbul etməsi,
problemlərə böyük həssaslıqla
yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin
nəinki tərəqqisini, həm də xoş ovqatını
təmin edən mühüm nüanslardır. Ötən 10 ildə ölkəmizin sosial-iqtisadi
inkişafı istiqamətində böyük məsafələr
qət edən, xalqa verdiyi bütün vədləri yerinə
yetirən və beləliklə, Heydər Əliyev siyasi
kursunun alternativsizliyini ortaya qoyan dövlət
başçısı cənab İlham Əliyev hər bir
addımda vətəndaşların mənafeyini əsas
götürüb. Prezident İlham
Əliyevin xarakterinə xas humanistlik və xeyirxahlıq
elementləri, bununla yanaşı, zəruri anda yüksək qətiyyət,
prinsipiallıq göstərmək məharəti onun daim cəmiyyətdə
ulu öndərin layiqli davamçısı kimi dəstəklənməsini
təmin edib.
Xüsusilə qeyd edilməlidir ki,
prezidentlik fəaliyyəti ölkəmizin bütün şəhər
və rayonlarına intensiv səfərlərlə əlamətdar
olan cənab İlham Əliyevin səfər proqramlarında əsas
yeri məhz sakinlərlə görüşlər təşkil
edir. Rəsmiyyətçilik baryerlərini
aşaraq son dərəcə səmimiyyət fonunda keçən
bu görüşlər cənab Prezidentin vətəndaşların
məhz qayğılarına və problemlərinə həssas
münasibətini nümayiş etdirib. Odur
ki, Prezident İlham Əliyevin regionlara səfəri şəhər
və rayonlarda təkcə sosial-iqtisadi inkişafın yeni mərhələsinin
başlanğıcı olmayıb, eyni zamanda, sadə
insanların həyatında dərin və silinməz iz
buraxıb. Elə buna görə də Azərbaycan
vətəndaşları Prezident İlham Əliyevin
simasında özlərinin ən yaxın hamilərini, güvənc
yerlərini görür və bununla da fəxr edirlər.
Müxtəlif yerli və xarici təşkilatlar
tərəfindən keçirilən sosioloji sorğularda
Prezident İlham Əliyevin reytinqinin daim artmasının səbəblərindən
biri də budur.
2003-cü il prezident seçkiləri
ərəfəsində ulu öndər Heydər Əliyev Azərbaycan
xalqına müraciətində demişdi: "İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri
sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıracaq". Qazandığımız
uğurlar göstərir ki, Prezident İlham Əliyev Azərbaycanı
Heydər Əliyevin arzuladığı bir səviyyəyə
çatdırıb, Heydər Əliyevin görmək istədiyi
ölkəyə çevirib. Ölkə rəhbərinin
əzmkarlıqla həyata keçirdiyi siyasət hər bir
sahədə böyük uğurlara yol açıb, Azərbaycanın
beynəlxalq
imicini gücləndirib, ölkəmizin BMT Təhlükəsizlik
Şurasına üzv seçilməsini, kosmik kluba
qoşulmasını təmin edib. Bu gün Azərbaycan
ulu öndərin ideyalarından nur alaraq gələcəyə
doğru inamla addımlayır. Bu
ideyaların alternativinin olmadığını
xalqımız çox gözəl bilir. Bu
ideyaların layiqli davamçısı cənab İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz
inkişafının yeni mərhələsinə qədəm
qoyması Heydər Əliyev yolunun nə qədər
doğru-düzgün olduğunu əyani şəkildə
göstərir. Odur ki, bu il
keçirilən prezident seçkilərində də Azərbaycan
vətəndaşları cənab İlham Əliyevin ətrafında
sıx birləşməklə Heydər Əliyev
ideyalarının dövlətimiz və xalqımız
üçün alternativsizliyini nümayiş etdirdilər.
Uğurla başa çatan prezident
seçkilərinin nəticələri bütün beynəlxalq
siyasi dairələr tərəfindən yüksək qiymətləndirildi. Seçkini müşahidə edən bütün
xarici müşahidəçilər öz rəylərində,
açıqlamalarında seçkinin şəffaf
keçirildiyini və ölkəmizin demokratiya yolu ilə
inkişaf etməsinin şahidi olduqlarını birmənalı
şəkildə bəyan etdilər. Beynəlxalq
müşahidəçilər keçirdikləri mətbuat
konfranslarında yekdilliklə Azərbaycanın ATƏT və
Avropa Şurasının qətnamələrini, habelə
ölkəmizin həmin beynəlxalq təşkilatlar
qarşısında götürdüyü öhdəlikləri
yerinə yetirməsini yüksək qiymətləndirərək,
respublikamızın dinc və sabit ölkə olduğunu
sübut etdiyini, demokratiya yolu lə uğurla irəlilədiyini
diqqətə çatdırdılar. Beynəlxalq
müşahidəçilər Azərbaycanın demokratik
seçkilərin keçirilməsinə görə bir
çox ölkələrə örnək olduğunu birmənalı
şəkildə qeyd etdilər.
İdmançı olduğum
üçün bir qədər bu sahədə görülən
işlərə toxunmaq istəyirəm. Ümumiyyətlə, dinamik inkişaf edərək
regionun lider dövləti statusunu təmin edən Azərbaycan
artıq müxtəlif mövzulu - siyasi, iqtisadi, mədəni,
humanitar tədbirlərin keçirildiyi məkana çevrilib.
Bütün bunlar ölkəmizin artan
gücündən və nüfuzundan xəbər verir. Artıq Azərbaycanın mədəniyyətlərarası
və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən
biri olmasını bütün dünya qəbul edir.
Beynəlxalq səviyyəli yarışların hər
hansı ölkədə baş tutması üçün
ciddi rəqabət aparılır, çünki bir çox
dövlətlər bu yarışlara ev
sahibliyi etmək istəyirlər. Sevindirici haldır ki, Azərbaycanın
beynəlxalq idman
tədbirlərinin də keçirildiyi ünvana çevrilməsi
reallıqda özünü göstərən həqiqətdir.
İdman sahəsində gerçəkləşdirilən
dövlət siyasəti, Olimpiya ideallarının təbliği,
idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi,
tikilmiş müasir olimpiya kompleksləri və digər tədbirlər
nəticəsində ölkəmiz mötəbər beynəlxalq
idman yarışlarının keçirildiyi məkana,
dünyanın idman mərkəzlərindən birinə
çevrilib.
Artıq indiyədək bir sıra ali,
mötəbər idman tədbirləri ölkəmizdə
keçirilib və bu da Azərbaycanın idman sahəsindəki
uğurlarının, dövlətin bu sahəyə
qayğısının nəticəsidir. Azərbaycan təkcə müəyyən
kateqoriyalı beynəlxalq yarışların deyil, eyni zamanda,
qitə və dünya çempionatlarının
keçirildiyi dövlətdir. Bu tədbirlərin Azərbaycanda
keçirilməsi üçün ölkəmizdə təşkilati
baxımdan yüksək şərait, imkan var. Bunu
dünya idman təşkilatları təsdiqləyir və bu səbəbdən
də yarışlar reallaşır. İndiyədək
Bakıda bədii gimnastika, boks, bodibildinq, güləş, həndbol,
şahmat və idmanın digər növləri üzrə
onlarca beynəlxalq yarışların, turnirlərin
keçirilməsi, Olimpiya oyunlarına ev sahibliyi
üçün Azərbaycanın namizədliyinin irəli
sürülməsi bunu təsdiq
edir. Ölkəmizdə beynəlxalq yarışların
regionlarda təşkili sahəsində də böyük
nailiyyətlər qazanılıb. Onu da demək yerinə
düşər ki, Azərbaycanda keçirilən Avropa,
dünya çempionatları silsilə xarakter
daşıyır. Hər il müxtəlif beynəlxalq
yarışların Azərbaycanda keçirilməsi ölkəmizin
idman şöhrətini daha da ucaldıb.
Prezident İlham
Əliyevin rəhbərliyi altında son 10 ildə möhtəşəm
inkişaf yolu keçən Azərbaycan dövlətçiliyini
inkişaf etdirmiş, siyasi və iqtisadi müstəqilliyini
daha da möhkəmləndirmişdir. Məhz
İlham Əliyevin sayəsində dünyada sürətli
iqtisadi inkişaf dinamikası nümayiş etdirən, liberal
prinsiplərə əsaslanmış iqtisadi modelini yaradan Azərbaycanın
bu dövrdə həm regional, həm qlobal miqyasda nüfuzu
yüksəlmiş, ölkəmiz geoiqtisadi və geosiyasi
oyunçuya çevrilmiş, əhalinin sosial rifahı daha da
yaxşılaşmışdır. Odur ki, bu seçkilərdə
də xalqımız cənab İlham Əliyevin ətrafında
sıx birləşməklə Heydər Əliyev
ideyalarının və siyasətinin davamına səs verdi. O
cümlədən, ölkəmizin idman ictimaiyyəti də hər
zaman olduğu kimi cənab İlham Əliyevə dəstəyini
ifadə etdi. Bu, xalqın seçimidir. Xalqın seçimi isə
dəyişilməzdir.
Vüqar NAMAZOV,
Ağırlıqqaldırmanın pauerliftinq növü üzrə dünya və Avropa çempionu
Azərbaycan.- 2013.- 3 noyabr.- S.5.