Azərbaycanın müdafiə naziri cəbhə bölgəsinə səfər
etmişdir
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov şəxsi heyətlə görüş və hərbi hissələrlə tanışlıq məqsədilə cəbhə bölgəsinə səfər etmişlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir döyüş bölgəsində yerləşən hərbi hissələrə baş çəkmiş, mövcud vəziyyətlə tanış olmuş, təmas xəttində döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirmişdir.
Fərqlənən bir qrup hərbçiyə növbəti rütbələr verilmiş, medal və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Təmas xəttində olan bölmələrin döyüş qabiliyyəti, əsgərlərin mənəvi-psixoloji durumu və onların sosial şəraiti, zabit və gizir heyətinin hazırlıq səviyyəsi, hərbi birləşmələrin maddi-texniki təminatı, silah və sursatla təchizatının vəziyyəti öyrənilmişdir.
Komandir
heyətinin məruzə və təklifləri dinlənilmiş,
döyüş hazırlığının və
nizam-intizamın gücləndirilməsi, həmçinin hərbi
qulluqçuların sosial şəraitinin daha da
yaxşılaşdırılması ilə əlaqədar
tapşırıqlar verilmişdir.
Azərbaycan.-2013.- 8 noyabr.- S.7.