Bakıda Türkiyənin ebru
sənətinə aid sərgi
açılmışdır
Noyabrın 7-də Milli İncəsənət Muzeyində Türkiyə səfirliyinin, "Nargis" jurnalının və "Palmali" şirkətlər qrupunun dəstəyi ilə Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi tərəfindən ebru sənətinə (su üzərində rəsmin kağıza köçürülməsi) aid sərgi açılmışdır.
AzərTAc xəbər verir ki, açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun sərginin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, hər iki ölkə zəngin mədəniyyət tarixinə malikdir. Diqqətə çatdırmışdır ki, sərgini təşkil etməkdə məqsəd Türkiyənin ebru sənətini və sərgidən sonra təqdim olunacaq muğam sənətini bir araya gətirmək olmuşdur. Səfir İsmail Alper Coşkun mərasimin təşkilatçılarına dərin təşəkkürünü bildirmişdir.
Sonra mərasim iştirakçıları sərgiyə baxmışlar.
Tədbir Canəli Əkbərovun ifasında konsertlə davam etmişdir.
Sonda tədbirin təşkilatçılarına Türkiyə səfirliyinin hədiyyələri təqdim edilmişdir.
Türkiyənin
ebru sənətinə aid 3 rəssamın 37 işinin
nümayiş olunduğu sərgi noyabrın 17-dək davam edəcəkdir.
Azərbaycan.-2013.- 8 noyabr.- S.7.