Göyçayda VIII nar
bayramı keçirilmişdir
Noyabr
ayının 2-də Göyçayda
təşkil olunan sayca VIII nar bayramı möhtəşəmliyi
ilə əvvəlkilərdən
fərqlənmişdir. AzərTAc xəbər verir
ki, dövlət və hökumət
nümayəndələrinin, Milli Məclisin
deputatlarının, xarici ölkələrin
Azərbaycandakı səfirlərinin, diaspor
nümayəndələrinin, beynəlxalq təşkilat əməkdaşlarının
qatıldıqları möhtəşəm nar
festivalı təbii sərvətimizin,
milli adət-ənənələrimizin əyani
nümayişinə çevrilmişdir. Narla bağlı müxtəlif yarış və
müsabiqələrin təşkili xüsusilə yaddaqalan olmuşdur.
Nar bayramının
iştirakçıları Heydər Əliyev prospektində musiqi sədaları altında
qarşılanmışdır. Onlara yerli müəssisələrin istehsalı olan nar şirələri
paylanılmışdır. Festivalın əsas qəhrəmanı
olan Nar şahzadəsi
meydana daxil olaraq qonaqları salamlamış,
xalqımıza əmin-amanlıq, bol
ruzi-bərəkət arzulamışdır. Tədbir
iştirakçıları rayonun 30-a
yaxın kəndinin nar və nar məhsullarından ibarət sərgisi ilə
tanış olmuşlar. Meydanda təşkil olunmuş kitab sərgisi, əl
işləri və qədim sənət növləri maraqla izlənilmiş, idmançıların,
kəndirbazların, pəhləvan və sehrbazların, folklor rəqs və musiqi
qruplarının, meyxanaçıların, xor
kollektivinin bir-birini əvəz
edən çıxışları bayramı daha
da yaddaqalan etmişdir. Qonaqlar və ictimaiyyətin nümayəndələri
ulu öndər Heydər Əliyevin abidəsini
ziyarət etdikdən sonra mərasimin rəsmi
hissəsi başlanılmışdır.
Göyçay Rayon İcra
Hakimiyyətinin başçısı Mənsur Məmmədov
bildirmişdir ki, Prezident İlham
Əliyevin xeyir-duası ilə artıq səkkizinci dəfədir
ki, təşkil edilən bu
məhsul bayramı böyük əhəmiyyət
kəsb edir. Çünki
bu festival Göyçayda narçılığın
inkişafına təkan vermişdir. Mütəxəssislərin qənaətlərinə
görə, bu il bağlara göstərilən yüksək aqrotexniki qulluq və
havaların əlverişli keçməsi bol
məhsul yetişdirilməsinə zəmin
yaratmışdır. İlkin hesablamalara görə, cari
ildə məhsuldarlıq 45 min tona yaxın olacaqdır. Ötən il isə fermerlər və fərdi təsərrüfat
sahibləri 40 min 342 ton
nar tədarük etmişlər. Məhsulun
40 faizi Rusiya, Ukrayna və Gürcüstanın bazarlarına
çıxarılmışdır. Göyçayda
narçılığa olan maraq ildən-ilə artır, yeni
və məhsuldar nar sortlarının
yetişdirilməsi, təzə bağların salınması
istiqamətində tədbirlər görülür.
Son iki ildə rayonda 450 hektar sahədə
yeni nar bağı
salınmışdır. Bağlarda əsasən
"Gülövşə", "Vələs",
"Şəndi", "Şirin",
"Bala Mürsəl" nar
sortları əkilmişdir. İstehsal
müəssisələri isə ilbəil imkanlarını
genişləndirirlər. Bayram tədbirində
Milli Məclisin deputatı Elton
Məmmədov, Çinin ölkəmizdəki
səfiri Xun Tsyuin
çıxış edərək nar
bayramının yüksək əhəmiyyətə malik olduğunu qeyd etmişdir.
Sonra yeni ailə quran
gənclərə, "qızıl toy"u olan cütlüyə, eləcə
də 2006-cı ildə ilk dəfə nar bayramının keçirildiyi
gündə dünyaya gələn və bu gün 8
yaşını qeyd edən iki uşağa xatirə hədiyyələri
təqdim olunmuş, ən xoş
arzularını bildirmişlər. Qonaqlar
tədbir boyu isti təndir
çörəyinə, nardan
hazırlanmış məhsullara, motal pendiri, yuxa, kətə və
döşəməli plova qonaq edilmişlər. Festivalda
müxtəlif müsabiqələr də keçirilmişdir.
Ən böyük və kiçik
narın sahibinə, giləsini yerə salmadan
ən tez nar yeyən adama, ən sürətli nar
şirəsi hazırlayana pul
mükafatları verilmişdir. Sonda Azərbaycan və Türkiyə incəsənət
ustalarının iştirakı ilə bayram
konserti keçirilmiş
və atəşfəşanlıq olmuşdur.
Azərbaycan.-
2013.- 3 noyabr.- S.6.