Azərbaycan Diplomatik Akademiyasında «İnsan resurslarının

 idarə edilməsi sahəsində son meyillər» mövzusunda forum keçirildi

 

Noyabrın 7-də Azərbaycan Diplomatik Akademiyası (ADA) və Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) birgə təşkilatçılığı ilə "İnsan resurslarının idarə edilməsi sahəsində son meyillər" mövzusunda forum keçirilmişdir.

AzərTAc xəbər verir ki, forumun məqsədi insan resurslarının idarə edilməsi sahəsində ölkədə və dünyada gedən son meyilləri müxtəlif təşkilat və biznes qurumlarının insan resurslarının idarə olunması üzrə məsul şəxsləri ilə müzakirə etmək və qarşılıqlı faydalı fikir mübadiləsi aparmaq olmuşdur.

ADA-nın prorektoru Emin Hüseynov çıxış edərək forumun insan resursları üzrə menecerlər arasında faydalı şəbəkənin qurulması baxımından əhəmiyyətli olduğunu söyləmişdir. E.Hüseynov ADA-nın fəaliyyəti, təhsil ocağında təklif edilən magistratura və ixtisasartırma proqramları haqqında iştirakçılara məlumat vermişdir.

Prorektor ADA-da fəaliyyət göstərən Karyera İdarəetmə Mərkəzinin tələbələrin akademiyanı bitirdikdən sonra həyatına hazırlanması və işlə təmin olunmasında oynadığı roldan danışmışdır.

Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev insan resurslarının idarə edilməsi sahəsində geniş təcrübəsini iştirakçılarla bölüşmüşdür. O demişdir ki, mərkəz 2011-ci ildən başlayaraq bankqeyri-bank biznes qurumlarına onların sifarişləri əsasında həm işləyənlərin, həm də üçün müraciət edən namizədlərin bilik səviyyələrinin müvafiq olaraq iddia etdikləri vəzifələrə uyğunluğunun test vasitəsi ilə qiymətləndirilməsi xidmətlərini göstərir.

Forumda insan resurslarının idarə edilməsində son meyillər, insan resurslarının planlaşdırılması və işə qəbul sahəsində qabaqcıl təcrübələr, kadr ehtiyatının yaradılması və idarə edilməsi, işçi heyətinin təlimləndirilməsi, inkişafı və digər müvafiq mövzular ətrafında çıxışlar edilmiş, fikir mübadiləsi aparılmışdır.

Tədbirdə, həmçinin ADA-da insan resursları klubunun yaradılması ideyası ətrafında müzakirələr aparılmışdır.

 

Azərbaycan.-2013.- 8 noyabr.- S.9.