Kambocanın
Kralı Əlahəzrət Norodom Siamoniyə
Əlahəzrət!
Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Kamboca arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamboca xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 noyabr 2013-cü il
Azərbaycan.-2013.- 9 noyabr.- S.1.