Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Xalqımız bu seçimi ilə Sizin dövlətçiliyin və ölkəmizin demokratik dəyişikliklərə, beynəlxalq aləmdə vətənimizin mövqelərinin və nüfuzunun möhkəmlənməsinə yönəlmiş siyasətinizə olan etibarını bildirdi. Əminəm ki, Azərbaycan xalqının seçkilərdə nümayiş etdirdiyi birlik Sizin gələcək uğurlu fəaliyyətinizdə etibarlı zəmin olacaqdır. Siz ölkəmizi demokratik, hüquqi və sosial dövlət quruculuğu yolu ilə daha da irəli aparacaqsınız.
Xalqımızın rifahı, vətənimizin inkişafı naminə fəaliyyətinizdə Sizə səmimi qəlbdən uğurlar arzulayıram.
Dərin hörmətlə,
Xanlar HACIYEV,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi
Azərbaycan.-2013.- 9 noyabr.- S.2.