Azərbaycanın təhsil naziri UNESCO-nun Baş

 Konfransının 37-ci sessiyasında iştirak edir

 

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Fransanın paytaxtı Paris şəhərində UNESCO-nun Baş Konfransının 37-ci sessiyasında iştirak edir.

Təhsil Nazirliyindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində M.Cabbarov noyabrın 8-də sessiyada çıxış edərək Azərbaycan-UNESCO əlaqələrinin əhəmiyyətindən danışmış və ölkəmiz ilə UNESCO arasında imzalanmış "Təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Saziş"inin  münasibətlərimizin genişlənməsinə böyük töhfə verdiyini qeyd etmişdir.

M.Cabbarov Azərbaycan-UNESCO əməkdaşlığının hazırkı inkişaf mərhələsinə çatmasında Azərbaycanın birinci xanımı,  Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi rolunu vurğulamışdır.

Səfər çərçivəsində M.Cabbarov Türkiyənin milli təhsil naziri Nəbi Avcı və digər rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirmişdir.

UNESCO Baş Konfransının 37-ci sessiyasında qeyd edilən təşkilatın Təhsil Komitəsində məruzə Azərbaycan Respublikasına həvalə olunmuşdur.

 

Azərbaycan.-2013.-  9 noyabr.- S.3.