Bakıda «Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadi

 siyasi proseslər» mövzusunda beynəlxalq konfrans başa çatmışdır

 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən "Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadisiyasi proseslər" mövzusunda beynəlxalq konfrans noyabrın 8-də başa çatmışdır.

AzərTAc xəbər verir ki, tədbirin ikinci günü "İdarəetmədə islamson dəyişikliklərdən sonra ərəb ölkələrinin siyasiictimai həyatında dinin rolu" mövzusunda sessiya keçirilmişdir.

Sessiyada islam hüququ, islam siyasihüquqi konsepsiyalarının ərəb ölkələrində baş verən iğtişaşlardan sonrakı dövrdə ictimai sferaya tətbiqi məsələləri müzakirə edilmişdir.

Tədbirdə "Dindemokratiya, inqilabdan sonrakı dövrdə siyasi islam üçün yeni çağırışlar", "Ərəb baharı"na dini yanaşma: islamçı hökumətlərin siyasi proqramında dinin nüfuzu problemi", "Ərəb baharı" ictimai sferada dinin rolunu necə dəyişdi?" və digər mövzularda məruzələr dinlənilmişdir.

Müzakirələrdə son vaxtlar müxtəlif dairələrdə "İslam" və "Terror" sözlərinin əlaqələndirilməsinin narahatlıq doğurduğu bildirilmişdir. Vurğulanmışdır ki, terrorun dini, milləti, ölkəsi yoxdur və terrorizmə qarşı birgə mübarizədə səyləri artırmaq şərtdir.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Konfransın qiymətləndirmə hesabatı ərəb və ingilis dillərində nəşr edilərək yerli və xarici təşkilatlara paylanacaqdır.

 

Azərbaycan.-2013.-  9 noyabr.- S.5.