Filippin Respublikasının Prezidenti zati-aliləri cənab III Beniqno Akinoya
Hörmətli cənab Prezident!
Ölkənizdə baş vermiş dəhşətli qasırğa
nəticəsində çoxsaylı
insan tələfatı
və irimiqyaslı dağıntılar barədə
xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə
əlaqədar Sizə,
həlak olanların ailələrinə və
yaxınlarına, bütün
Filippin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir,
yaralananların və
xəsarət alanların
tezliklə sağalmasını
arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 noyabr 2013-cü il
Azərbaycan.-2013.- 13 noyabr.- S.4.