Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən qardaş Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi Yəmən Respublikasının xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Sizə ən xoş arzularımı çatdırmaqdan, möhkəm cansağlığı, səadət və müvəffəqiyyət diləməkdən məmnunluq hissi duyuram. Qardaş Azərbaycan xalqının daha firavan gələcəyi naminə ali dövləti fəaliyyətinizdə Sizə uğurlar diləyirəm.

Fürsətdən istifadə edərək, qardaş ölkələrimiz və xalqlarımızın qarşılıqlı mənafeyi naminə dəyərli dostluğumuzun və əməkdaşlığımızın möhkəmləndirilməsində maraqlı olduğumu bir daha bəyan edirəm.

Ən səmimi arzularla,

 

 

Abdurabbih Mənsur HADİ,

Yəmən Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  13 oktyabr.- S. 5.