Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Portuqaliya hökuməti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Yeni prezidentlik dövrünüzdə Sizə uğurlar arzu edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı dərin dostluq münasibətlərinin inkişafı üçün Sizinlə əməkdaşlığı davam etdirəcəyik. Biz inanırıq ki, ölkələrimizin mənafeyi naminə müxtəlif istiqamətlərdə, o cümlədən ticarət və investisiya sahələrində qarşılıqlı əməkdaşlığımız daha da güclənəcəkdir. Biz bu istiqamətdə birlikdə irəliləməyə hazırıq.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.
Hörmətlə,
Pedru Pasuş
KOELYO,
Portuqaliyanın Baş naziri
Azərbaycan.-2013.- 13 oktyabr.- S. 5.