Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin

 xarici işlər naziri Əhməd Davudoğlunun görüşü

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 12-də xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında digər sahələr kimi, siyasi sahədə də əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi, beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlığın önəmi vurğulandı. Ölkələrimiz arasındakı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 13 noyabr.- S.4.