Bakıda İSESCO-ya üzv ölkələrin uşaq məsələləri üzrə məsul

nazirlərinin IV konfransında aktual problemlər müzakirə edilmişdir

 

Noyabrın 11-12-də Bakıda, Heydər Əliyev Mərkəzində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, rəsmi açılışdan əvvəl tədbirin iştirakçıları əvvəlcə mərkəzin foyesində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilmiş və Azərbaycanda dövlət uşaq siyasətini əks etdirən fotosərgi, eləcə də uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.

"İslam dünyasında uşaqlarurbanizasiya problemləri" mövzusuna həsr olunmuş tədbirdə 60-dək ölkədən ümumilikdə 220-dən artıq nümayəndə iştirak etmişdir.

Tədbir "Quran"dan ayələrin oxunması ilə başlandı.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış edərək bildirmişdir ki, İSESCO ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq vardır. Azərbaycanda bu təşkilatın bir çox maraqlı layihələri həyata keçirilmişdir. Bu tədbir də həmin layihələrdən biridir.

Əli Əhmədov demişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyevanın İSESCO-nun fəaliyyətində yaxından iştirak etməsi təşkilata əhəmiyyətli dinamizm gətirmiş, ölkəmizin bu qurum ilə əməkdaşlığının yüksək səviyyəyə çatmasına bilavasitə kömək göstərmişdir.

Baş nazirin müavini diqqətə çatdırmışdır ki, həm islam mədəniyyətinin təbliğində, həm də islam ölkələrindəki problemlərin müzakirəsində, bütövlükdə bu problemlərin həllinə istiqamət verəcək qərarların qəbulunda İSESCO-nun çox böyük rolu vardır. Məhz buna görə də Prezident İlham Əliyev Azərbaycan ilə İSESCO arasında əlaqələrin daha da yüksəlməsinə xüsusi önəm verir. Təsadüfi deyil ki, bu tədbir də Azərbaycan Prezidentinin dəstəyi ilə keçirilir.

Sonra Əli Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxumuşdur.

(Təbrikin mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova demişdir ki, fəaliyyət göstərdiyi 24 ildə İSESCO çox böyük işlər görmüş, uğurlar əldə etmişdir. Təşkilatın başlıca məqsədi dünya ölkələrinin elm, təhsil və mədəniyyət sahələrində əlaqələrinin yaradılması və xalqlararası dialoqun qurulmasıdır. İSESCO öz fəaliyyətini sırf müsəlman ölkələri ilə məhdudlaşdırmır. Təşkilat əhalisinin tərkibində müsəlmanların sayı az olan ölkələrlə də çox sıx əməkdaşlıq edir, elmin, mədəniyyətin və təhsilin inkişafı üçün proqramlar hazırlayır.

Hicran Hüseynova bildirmişdir ki, İSESCO-nun fəaliyyətinin mühüm istiqamətlərindən biri də müharibə ilə üzləşmiş müsəlman dövlətlərinin zəngin tarixi irsinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir. Bu gün Azərbaycanın da ərazisinin 20 faizi işğal altındadır. Bu torpaqlardakı yüzlərlə mədəni, tarixidini abidə işğalçılar tərəfindən vəhşicəsinə dağıdılmışdır. Bu vandalizm yalnız mədəni və tarixi abidələrə deyil, həmçinin insanlara, o cümlədən qocalara, qadınlara və uşaqlara qarşı törədilmişdir. Biz bu faktları, bu reallıqları dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırırıq. Bu yolda İSESCO-nun dəstəyini çox yüksək qiymətləndiririk.

Komitə sədri xatırlatmışdır ki, 2007-ci ildə Heydər Əliyev Fondu İSESCO ilə əməkdaşlıq haqqında sənəd imzalamışdır. Həmin sənədə əsasən elm, təhsil və mədəniyyət sahələrində müxtəlif tədbirlər və layihələr həyata keçirilmişdir. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkəmizin tərəqqisinə verdiyi töhfələr danılmazdır. Heydər Əliyev Fondu tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb", "İnternat məktəbləri və uşaq evlərinin inkişafı", "Görmə qabiliyyətini itirən və zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi" və s. layihələr həyata keçirilmişdirbu gün biz onların konkret nəticələrini görürük. Artıq ölkənin ən ucqar kəndlərində də müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmişdir.

Hicran Hüseynova diqqətə çatdırmışdır ki, "Azərbaycanda erkən nikahın vəziyyətinin təhlili", "Küçə uşaqlarının vəziyyətinin təhlili", "Azərbaycanda yeni doğulmuş uşaqların qeydiyyatı ilə bağlı vəziyyətin təhlili" mövzularında həyata keçirilən layihələr uşaqların kənd və şəhər yerlərində üzləşdikləri bir sıra problemlərin araşdırılmasında və bu istiqamətdə profilaktik tədbirlərin, maarifləndirmə işlərinin aparılmasında xüsusi rol oynayır.

Komitə sədri bildirmişdir ki, uşaq hüquqlarının müdafiəsi Azərbaycan Hökumətinin prioritetlərindən biridir. Azərbaycan dövləti uşaq siyasətini həyata keçirərkən Uşaq Hüquqları haqqında Konvensiyada əks olunmuş prinsipləri əsas tutur. Dövlət uşaq siyasəti çərçivəsində cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli, yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması, uşaqlar tərəfindən qanun pozuntularının profilaktikası və digər sahələrdə 80-dən çox qanun və 30-dan artıq dövlət proqramı qəbul edilmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Ailə Məcəlləsində nikah yaşı qızlar üçün 18-ə qaldırılmış, Cinayət Məcəlləsində isə qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilmişdir.

Hicran Hüseynova diqqətə çatdırmışdır ki, hazırda Azərbaycanda uşaq ölümü hallarının daha da azaldılması, uşaqlar arasında xəstəliklərin profilaktikası kimi məsələlər də diqqət mərkəzindədir. Məktəbəqədər yaşda olan uşaqların intellektual, fizikipsixoloji inkişafının, onların şəxsiyyətinin hərtərəfli formalaşmasının və məktəbə hazırlanmasının təmin edilməsi, uşaqların yaradıcılıq mühitində böyümələri və idmanla məşğul olmaları üçün zəruri şəraitin yaradılması prioritet istiqamətlər sırasındadır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi də xüsusi önəm daşıyır.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri konfransın keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmişdir.

Baş direktor qeyd etmişdir ki, bu konfrans urbanizasiyauşaqlarla bağlı problemlərin həlli istiqamətində mühüm bir çağırışdır. O demişdir: "Biz urbanizasiya məsələsini daim diqqətdə saxlayırıq. İnsanların məskunlaşması, onların gəlirləri ilə bağlı problemlər birbaşa uşaqların həyat səviyyəsinə təsir göstərir. Əminəm ki, bu konfransda uşaqlarla bağlı problemlərin həlli üçün birgə yollar axtarıb tapacağıq. Bütün dövlətləri bu problemlərin həlli üçün birgə səy göstərməyə çağırıram".

Əbdüləziz bin Osman əl-Tüveycri demişdir ki, Azərbaycanda uşaqlar demək olar ki, əziyyət çəkmirlər. Çünki Azərbaycan dövləti uşaqların hərtərəfli qayğısına qalır. Azərbaycanın üzləşdiyi əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı doğma torpaqlarından didərgin düşmüşdürbu fakt uşaqlara da mənfi təsir göstərir.

İSESCO-nun baş direktoru ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında dini, tarixi, mədəni abidələri darmadağın etmələrini də konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

Baş direktor hazırda İSESCO-ya üzv ölkələrdə əhalinin 47 faizinin şəhər yerlərində yaşadığını, onların da yarısının uşaqlar olduğunu bildirərək demişdir ki, bu rəqəm inkişaf etməkdə olan ölkələr üçün vacib bir çağırışdır. Burada sosial məsələlər, təhsil, səhiyyə problemləri ortaya çıxır. Ona görə də bu məsələlərə diqqət yetirilməlidir. Xüsusi proqramlar, planlar hazırlanıb ortaya qoyulmalıdır ki, şəhərlə kəndlər arasında fərq aradan qaldırılsın və uşaqlar üçün yaxşı yaşayış şəraiti yaradılsın.

İSESCO-nun elm, təhsil, mədəniyyətlə bağlı həyata keçirdiyi müxtəlif proqramlar və layihələr haqqında danışan Əbdüləziz bin Osman əl-Tüveycri bu layihələrin və proqramların həyata keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq etmişdir.

Liviyanın gənclər və idman naziri, III konfransın prezidenti Əbdül Salam Abdullah Quaila çıxış edərək ölkəsində uşaqların problemlərinin həlli istiqamətində görülən işlərdən danışmışdır. Konfransa rəhbərliyin Azərbaycana keçdiyini deyən liviyalı nazir bəzi müsəlman ölkələrində hələ də uşaqların müharibədən, aclıqdan, səfalətdən əziyyət çəkdiklərini diqqətə çatdırmış, bu problemlərin həlli istiqamətində daha çox səy göstərilməsinin zəruriliyini vurğulamışdır.

Daha sonra İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlunun konfrans iştirakçılarına müraciəti oxunmuşdur. 

Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında səmərəli əməkdaşlığın sevindirici olduğunu deyən Ekmələddin İhsanoğlu bu cür vacib bir konfransın təşkilinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıq etmişdir. İƏT-in baş katibi, eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkədə uşaqların problemlərinin həlli istiqamətində gördüyü işlərin yüksək qiymətləndirildiyini vurğulamışdır. "Bu konfransın keçirilməsi bir daha göstərir ki, İSESCO islam ölkələrində uşaq problemlərinin həllinə önəm verir", - deyən E.İhsanoğlu uşaqların səhiyyə, təhsillə bağlı problemlərinin narahatlıq doğurduğunu diqqətə çatdırmışdır. İƏT-in baş katibi demişdir ki, uşaqların kütləvi şəkildə kəndlərdən şəhərlərə axını bir çox hallarda onların valideyn himayəsindən kənar əlverişsiz şəraitdə böyüməsinə gətirib çıxarır. Bu da təbii ki, uşaqların gələcək fəaliyyətlərinə mənfi təsir göstərir. Bu konfrans problemlərin həlli istiqamətində konkret proqramların müəyyənləşdirilməsi baxımından önəmlidir.

Baş katib diqqətə çatdırmışdır ki, İƏT uşaqların hüquqlarının qorunması, onlarla bağlı problemlərin həlli üçün proqramlar işləyib hazırlayır. Lakin bunun üçün təklikdə fəaliyyət göstərmək səmərəli nəticə verə bilməz. Bu istiqamətdə uğurlara nail olmaq üçün təşkilatların və dövlətlərin birgə fəaliyyəti əsas şərtdir.

Konfransda Azərbaycanda uşaq hüquqlarının qorunmasından, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğıdan bəhs edən videoçarx nümayiş olunmuşdur.

Azərbaycanlı uşaqlar konfrans iştirakçılarına müxtəlif dillərdə uğurlar arzulamış, rəqslər ifa etmişlər.

Sonra xatirə şəkli çəkdirilmişdir.

Konfrans işini sessiyalarla davam etdirmişdir.

Birinci sessiyada konfransın gündəliyi və proqramı qəbul olunmuşdur.

İclasda İSESCO-nun beynəlxalq eksperti Sadiq Rəşid "İslam dünyasında uşaqlarurbanizasiya problemləri" mövzusunda əsas sənədi təqdim etmişdir.

Mövzu ilə bağlı çıxış edən UNİCEF-in Nyu Yorkdakı ofisinin nümayəndəsi Kristian Salazar və digər beynəlxalq ekspertlər islam ölkələrində uşaqların müdafiəsi sahəsində həyata keçirilən proqram və layihələrdən, şəhərlərdə urbanizasiyanın yaratdığı problemlərdən, uşaqların rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs etmişlər.

Bildirilmişdir ki, dünya üzrə aparılmış araşdırmalara görə, inkişaf etmiş şəhərlərdə urbanizasiyanın artması nəticəsində uşaqlar bir sıra problemlərlə üzləşirlər. Uşaq hüquqlarının müdafiəsi hər bir ölkənin qarşısında duran ən aktualmühüm vəzifələrdən biridir.

Müzakirələrdən sonra sənəd yekdilliklə qəbul edilmişdir.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri konfransa iki il müddətinə Azərbaycanın sədrlik edəcəyini bildirmiş, bu münasibətlə təbriklərini çatdırmış, ölkəmizə uğurlar arzulamışdır.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sədrliyi ilə konfransın ikinci işçi sessiyası keçirilmişdir. 

Sessiyada geniş məruzə ilə çıxış edən H.Hüseynova bildirmişdir ki, müasir dövrdə uşaq hüquqlarının müdafiəsinə diqqət yetirən bütün dövlətlər kənd və şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərməlidirlər.

AQUPDK-nın sədri demişdir: "İSESCO-ya üzv dövlətlərin IV konfransında aparılan müzakirələr göstərir ki, dünyada insanları birləşdirən amillər onları ayıran amillərdən çoxdur. Bu sahədə dövlətlərin təcrübələrindən faydalanmaq məqsədəuyğun olardı. Belə bir vəzifəni yerinə yetirməklə biz həm də dünyanın gələcəyinə və inkişafına öz töhfələrimizi veririk".

H.Hüseynova vurğulamışdır ki, ölkələrdə baş verən urbanizasiya proseslərinin artım tempindən asılı olmayaraq, bütün hallarda uşaqlar üçün normal inkişaf mühiti yaradılması əsasdır. Buraya sağlam boyartımı, düzgün qidalanma, istirahət, normal ev şəraiti, təbii amillər, pis vərdişlərdən qorunma, uşaq hüquqlarının müdafiəsi, yeni internet resursları ilə düzgün davranış, inkişaf üçün etibarlı ailə və dövlət təminatı və sair məsələlər daxildir. Şübhəsiz ki, bütün bu məsələlərin uğurlu həlli üçün dünya dövlətləri, qeyri-hökumət təşkilatları, nüfuzlu insanlar öz səylərini birləşdirməlidirlər. Konfransın uğurlu gedişiburada aparılan səmərəli, məhsuldar müzakirələr düşünməyə əsas verir ki, bu ideya tezliklə reallığa çevriləcəkdir.

Daha sonra uşaq məsələləri üzrə 25-dək ekspert çıxış edərək urbanizasiyanın artması nəticəsində ölkələrində yaranmış problemlərdən, uşaqların bir çox sahələrdə, xüsusilə təhsillə bağlı üzləşdikləri çətinliklərdən söz açmışlar.

Mərakeşin ölkəmizdəki səfiri Həsən Hami, Birləşmiş Ərəb Əmirliklərinin sosial məsələlər üzrə naziri Məryəm Məhəmməd Xalfan əl-Rumi, Əfqanıstanın əmək, sosial məsələlər naziri Əminə Əfzali, Bəhreynin sosial inkişaf naziri Fatimə əl-Baloşi, Fələstinin sosial məsələlər naziri Kamal əl-Şərəfi,  Omanın sosial inkişaf naziri Şeyx Məhəmməd bin Said əl-Kalbani, Pakistanın  ali təhsildə təcrübə və standartlar naziri Məhəmməd Baliq ur-Rəhman, İraqın təhsil naziri Məhəmməd Tamim, Banqladeşin qadın və uşaqların işi üzrə naziri Meher Afrozi, Səudiyyə Ərəbistanı Krallığının Uşaq Milli Komitəsinin baş katibi Bander Kumut, Əlcəzairin milli həmrəylik və ailə məsələləri naziri Səid Barkat,  Qətərin Ailə Məsələləri üzrə Ali Şurasının baş katibi Hamad bin Məhəmməd Alfat əl-Həcri, Cibutinin səhiyyə, qadın və ailə planlaşdırması naziri Hasna Barkat Daud, Tunisin qadın və ailə məsələləri üzrə naziri Badi Sihem, Qazaxıstanın Təhsil və Elm Nazirliyinin şöbə müdiri Bakut Alibayeva, Kot d-İvuarın Həmrəylik, Ailə, Qadın və Uşaq Nazirliyinin şöbə müdiri Fofana Brahima, Liviyanın sosial məsələlər üzrə naziri Kamla Mazini və başqaları çıxış edərək ölkələrində uşaq hüquqlarının müdafiəsi və urbanizasiya məsələləri ilə bağlı görülən işlərdən danışmışlar. Çıxışlarda uşaqların məcburi əməyə cəlb edilməsi, zorakılıq hallarına məruz qalmaları kimi məsələlərə toxunulmuş, bu problemlərin həlli istiqamətində görülən tədbirlər qeyd edilmişdir. Natiqlər konfransın bu problemlərin aradan qaldırılması işinə töhfə verəcəyinə əminliklərini bildirmişlər.

Növbəti V konfransın 2015-ci il noyabrın 11-12-də Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi qərara alınmışdır.

İSESCO ilə 2013-cü il mayın 29-da imzalanmış qarşılıqlı razılaşma sənədinə əsasən, təşkil edilən beynəlxalq konfrans noyabrın 12-də işini davam etdirmişdir.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) uşaq məsələləri üzrə məsul nazirlərinin Bakıda keçirilən IV konfransına noyabrın 12-də yekun vurulmuşdur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın əhəmiyyətini vurğulayaraq Azərbaycanda aparılan uşaq siyasəti və bu sahədə həyata keçirilən iri layihələrdən danışmışdır.

Sonra konfransın "Erkən uşaq təhsili və urbanizasiya problemləri" adlı sənədi, beş qətnamə və həmçinin Bakı Bəyannaməsi qəbul olunmuşdur.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri bəyannaməyə daxil edilən təkliflərdən danışmışdır. Bildirilmişdir ki, sənəddə uşaqların təhsil və tibbi xidmətlərə birbaşa çıxış imkanlarının əldə edilməsi, onların sosial hüquqlarının müdafiəsi öz əksini tapmışdır. İslam ölkələrində küçə uşaqlarının problemləri ilə bağlı məsələlər də yekun sənəddə yer almışdır.

Baş direktor demişdir ki, Bakı Bəyannaməsində ən aktual məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində zərər çəkən uşaqların həyatları ilə bağlı bənd vardır. Həmin bənddə Azərbaycan torpaqlarının işğal edilməsi qeyd olunmuşdurorada zərərçəkən uşaqlarla bağlı digər məlumatlar da öz əksini tapmışdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirmişdir ki, bu konfransın yekunu olaraq imzalanmış Bəyannamə gərgin zəhmətin və dolğun müzakirələrin nəticəsidir. Bu Bəyannamədə əksini tapan məsələlər bəşəri əhəmiyyət daşıdığı üçün onların BMT-ninAvropa Şurasının gündəliyinə daxil edilməsi barədə təklif irəli sürülməsini vacib sayıram.

Konfrans təşkilatçıları adından İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi Himayət Udin tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmişdir.

Tədbirin digər iştirakçıları da onlara göstərilən diqqətə görə təşəkkür edərək bildirmişlər ki, Azərbaycanın belə bir yüksək səviyyəli konfransa ev sahibliyi etməsi təqdirəlayiqdir. Əminik ki, bu konfrans dünyadakı uşaqların bir çox problemlərinin həllinə təkan verəcəkdir.

AQUPDK-nın sədri Hicran HüseynovaİSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri konfransın işinə xüsusi dəstək verdiyinə görə dövlət başçısı İlham Əliyevə və Azərbaycanın birinci xanımı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkürlərini bildirmişlər.

Tədbirdə İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycriyə konfransın "Xatirə medalı" təqdim olunmuşdur.

Sonda Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.

 

Azərbaycan.-2013.- 13 noyabr.- S.8.