Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Albaniya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırır, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Zati-aliləri, icazə verin Albaniya ilə Azərbaycan arasında, xüsusilə qarşılıqlı geostrateji əhəmiyyət daşıyan TAP layihəsinin həyata keçirilməsində mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyimizi bir daha vurğulayım.

Ümidvaram ki, Prezidentliyinizin növbəti dövründə ölkələrimiz arasındakı əməkdaşlıq dövlətlərimizin qarşılıqlı maraqlarına uyğun olaraq yeni sahələrdə daha da inkişaf edəcəkdir.

Cənab Prezident, Sizə ali dövləti vəzifənizdə uğurlar diləyirəm, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

 

 

 

Buyar NİŞANİ,

Albaniya Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  14 noyabr.- S. 5.