Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Peru hökuməti və xalqı adından, şəxsən öz adımdan təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, zati-alinizə möhkəm cansağlığı, Sizin rəhbərliyinizlə Azərbaycana inkişaf yolunda uğurlar, xalqınıza rifah diləyirəm. Əminəm ki, növbəti prezidentlik dövrünüzdə də ölkələrimizi, hökumətlərimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələri bütün sahələrdə inkişaf edəcək, daha da möhkəmlənəcəkdir.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

 

 

Olyanta Umala TASSO,

Peru Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  14 noyabr.- S. 5.