Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin
Türkiyə
Respublikasına rəsmi səfəri
Ali qonağın şərəfinə
Xəbər verdiyimiz kimi, noyabrın 12-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və xanımı Hayrünnisə Gülün adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilmişdir.
Dövlət başçıları rəsmi naharda çıxış etmişlər.
Prezident İlham Əliyevin
çıxışı
-
Əziz qardaşım, hörmətli Prezident cənab Abdullah
Gül!
Hörmətli
Hayrünnisə xanım!
Əziz
qardaşım, hörmətli Baş nazir Rəcəb Tayyib
Ərdoğan!
Hörmətli
Əminə xanım!
Hörmətli
xanımlar və cənablar!
Əziz
dostlar!
İlk
növbədə, mənə və nümayəndə heyətinə
qardaş Türkiyədə göstərilən qonaqpərvərliyə
görə bir daha sizin hamınıza dərin minnətdarlığımı
bildirmək istəyirəm. Bu gün mənim həyatımda
tarixi bir gündür. Bu gün mən qardaş ölkənin
ən ali mükafatı olan "Dövlət
nişanı" ilə təltif olunmuşam. Bu, mənim
üçün böyük şərəfdir,
böyük xoşbəxtlikdir.
Elə başa düşürəm ki, bu təltif
gördüyüm işlərə verilən qiymətin təzahürüdür.
Mən
Prezident kimi çalışmışam ki, Türkiyə-Azərbaycan
əlaqələri daim inkişaf etsin, bütün sahələri
əhatə etsin. Çox xoşbəxtəm ki, mənim
Türkiyədə Prezident və Baş nazir kimi
qardaşlarım vardır. Bizim dostluğumuz,
qardaşlığımız sarsılmazdır. Əldə
edilmiş bütün uğurların təməlində məhz
bu duyğular, bu amillər dayanır.
Türkiyə
və Azərbaycan xalqları əsrlər boyu bir yerdə
olmuşlar, yaşamışlar, yaratmışlar. Sonra tarix
belə buyurdu ki, biz bir-birimizdən ayrı düşdük.
Yetmiş il ərzində Azərbaycan Sovet
İttifaqının tərkibində yaşayırdı.
Əlaqəmiz yox idi, heç bir ünsiyyətimiz də yox
idi. Ancaq xalqlarımızın qəlbində yaşayan,
bir-birimizə olan sevgi, məhəbbət,
qarşılıqlı hörmət bizi bir-birimizdən
ayrı düşməyə qoymamışdır. Təsadüfi
deyil ki, Azərbaycan dövlət müstəqilliyinə
qovuşduqdan sonra dərhal Türkiyə-Azərbaycan əlaqələri
quruldu. Türkiyə bizim müstəqilliyimizi tanıyan ilk
ölkə olmuşdur və demək olar ki, müstəqilliyimizin
ilk illərindən Türkiyə-Azərbaycan əlaqələri
xüsusi xarakter daşımağa başlamışdır.
Bu gün mən tam əminəm ki, dünyada ikinci belə
ölkələr yoxdur ki, bir-biri ilə bu qədər sıx
bağlı olsunlar. Bu bağlılıq tarixdən gələn
ismarıcdır. Bu bağlılıq ortaq mədəniyyət,
ortaq tarix, etnik köklər üzərində qurulub. Biz isə
öz siyasətimizlə bu birliyi daha da möhkəmləndiririk.
Bu gün müstəqil Azərbaycan uğurla inkişaf edir və
Türkiyənin uğurla inkişafına ürəkdən
sevinir.
Mən
Türkiyədə dəfələrlə olmuşam. Bu,
Prezident kimi mənim 16-cı səfərimdir. Ancaq Ankarada
sonuncu dəfə 5 il bundan öncə olmuşam. Səmimi qəlbdən
sizi Ankarada görülən işlərlə bağlı təbrik
etmək istəyirəm. Ankara müasir gözəl şəhərə
çevrilmişdir, gözəl binalar tikilmişdir. Ankara
böyük sənaye mərkəzinə çevrilmişdir.
Ankarada gedən işlər Türkiyədə gedən
işlərin təzahürüdür. Bizi sevindirən odur
ki, bu gün Türkiyə dünya çapında güc mərkəzidir,
cəlbedici güc mərkəzidir. Türkiyə öz siyasəti,
diplomatiyası ilə dünyada çoxlu dostlar
qazanmışdır. Bu, o qədər də asan məsələ
deyildir. Türkiyə məhz xoş niyyəti ilə,
düşünülmüş siyasətlə,
qarşılıqlı anlaşma ilə böyük hörmət
qazana bilmişdir. Bu gün dünya miqyasında Türkiyənin
çox böyük nüfuzu, hörməti vardır. Hətta
böhranlı illərdə Türkiyə iqtisadiyyatı
inkişaf etmişdir. Dünyada hökm sürən maliyyə
və iqtisadi böhran Türkiyəyə heç bir təsir
etməmişdir. Çünki Türkiyə hökumətinin
düşünülmüş, müdrik siyasəti
vardır. Bu siyasət nəticəsində bu gün Türkiyə
dünya birliyinin aparıcı ölkələrindən
biridir, "Böyük iyirmiliyin" üzvüdür.
Türkiyə iqtisadiyyatı getdikcə artır, əhalisi
artır və artacaqdır. Türkiyənin gücü bizim
gücümüzdür. Biz bir-birimizi daim dəstəkləmişik,
dəstəkləyirik. Bizim gücümüz bizim birliyimizdədir.
Bu gün əziz qardaşım Prezident Abdullah Gülün
dediyi kimi, Türkiyə-Azərbaycan birliyi, eyni zamanda,
türkdilli dövlətlərin birliyini də şərtləndirir.
Mən çox şadam ki, biz artıq türkdilli dövlətlər
formatı çərçivəsində çox önəmli
qərarlar qəbul edirik. O qərarlar ki, bizim
xalqlarımızı gələcəkdə daha da birləşdirəcəkdir.
Əlbəttə, bizi birləşdirən tarix və siyasi
maraqlar çox güclü amillərdir. Eyni zamanda,
qarşılıqlı sərmayə qoyuluşu, enerji, nəqliyyat
layihələrimiz, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi və
"Marmaray" layihəsinin başa çatması tarixi
hadisələrdir. Fürsət düşmüşkən,
"Marmaray" layihəsinin icrası münasibətilə
sizi ürəkdən təbrik etmək istəyirəm.
Biz
beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.
Biz regional müstəvidə bir-birimizin yanındayıq.
Türkiyə və Azərbaycan bu gün dünya
çapında önəmli bir amildir.
Bizim
gücümüz ancaq və ancaq artacaqdır. Çünki
ölkələrimizin
potensialı kifayət qədər güclüdür,
biz səylərimizi birləşdiririk. XXI əsr türk
dünyası əsri olacaqdır. Bunda heç bir şübhə
yoxdur. Sadəcə olaraq, biz öz strateji
addımlarımızı düzgün
planlaşdırmalıyıq, hədəflərimizə
doğru inamla addımlamalıyıq. Elə etməliyik ki,
Türkiyə-Azərbaycan birliyi daim inkişaf etsin.
Bizim
dostluğumuz sarsılmazdır, əbədidir. Bizi bu gün
böyük layihələr, siyasi maraqlar, ortaq hədəflər
birləşdirir. Ancaq bütün bu amillərin təməlində
xalqlarımızın bir-birinə olan məhəbbətidir,
hörmətdir, biri-birimizə olan bağlılıqdır.
Türkiyə-Azərbaycan
birliyi XXI əsrdə bizim coğrafiyamızda bir çox məsələləri
həll edəcəkdir. Bu birliyi möhkəmləndirmək
üçün biz hamımız
çalışmalıyıq, çalışırıq.
Bu gün apardığımız danışıqlar və
sabah aparılacaq danışıqlar birliyimizi daha da möhkəmləndirəcəkdir.
Bir
daha mənə göstərilən qonaqpərvərliyə və
hörmətə görə sizə minnətdaram. Sizi əmin
etmək istəyirəm ki, mən bu şərəfli adı
ləyaqətlə daşıyacağam. Öz fəaliyyətimdə
bundan sonra da Türkiyə-Azərbaycan birliyinin möhkəmləndirilməsi
üçün öz səylərimi əsirgəməyəcəyəm.
Yaşasın
Türkiyə! Yaşasın Azərbaycan!
AzərTAc
Azərbaycan.-2013.- 14 noyabr.- S.1.