Türkiyə-Azərbaycan Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq
Şurasının üçüncü
iclası
Azərbaycan
Respublikasının Prezidenti
İlham
Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri
Noyabrın 13-də Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan iclasda iştirak etmişlər.
İclasda Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə - siyasi, iqtisadi, enerji və digər sahələrdə dinamik inkişaf etdiyi bildirildi. İkitərəfli layihələrin uğurla həyata keçirilməsinin əhəmiyyəti qeyd olundu.
Ölkələrimizin
birgə reallaşdırdığı layihələrin
icrası ilə bağlı fikir mübadiləsinin
aparıldığı iclasda Azərbaycan və Türkiyənin
müvafiq nazirlikləri arasında əməkdaşlıq əlaqələrinin
daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı.
AzərTAc
Azərbaycan.-2013.- 14 noyabr.- S.2.