Azərbaycanın birinci xanımı Türkiyə Baş nazirinin xanımı ilə görüşmüşdür

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri

 

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində noyabrın 13-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan ilə görüşü olmuşdur.

Əvvəlcə Mehriban Əliyeva, Əminə Ərdoğan və qızı Sümeyye Ərdoğan xatirə şəkli çəkdirdilər.

Sonra Azərbaycanın birinci xanımı və Türkiyə Baş nazirinin xanımı çay süfrəsi arxasında söhbət etdilər.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 14 noyabr.- S.4.