Ucal, mənim üçrəngli
bayrağım!
Qardaş Türkiyədə səsin və sözün sehrindən boylanan istedadlıları seçmək üçün bir tele-layihə var: "O səs Türkiyədir". O gün Dövlət Bayrağı Meydanında "Bu səs Azərbaycandır", - deyənlər böyük qürur hissi keçirirdilər.
O gün paytaxtımızın Bayraq Meydanında bu əlamətdar günlə bağlı keçirilən ədəbi-bədii kompozisiyada üçrəngli bayrağımızı vəsf edən şeirlər ilahi səsə çevrilib səmada pərvazlanmışdı. O səsin sehrinə düşənlər az deyildi. O səsin sahibi Bakı şəhəri Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki 274 saylı orta məktəbin şagirdidir. Məktəbin direktoru Atakişi Cəfərov rəhbərlik etdiyi pedaqoji və şagird kollektivinin də sevimlisinə çevrilən 8-c sinif şagirdi Fatimə İbadovanı daha yaxşı tanımaq üçün bu istedadlı yeniyetmənin sinif rəhbəri, dil-ədəbiyyat müəllimi Yeganə Əliyeva ilə görüşməyi məsləhət bildi.
Fatimə, sən demə, yalnız isdedad və qabiliyyəti ilə çoxsaylı tamaşaçılarının deyil, həm də oxuduğu məktəbin sevimlisi imiş. Bu barədə məktəbdə fəallığı ilə seçilən bədii qiraət dərnəyinin rəhbəri Yeganə Əliyevanın söylədiklərindən:
- Məktəbimizdə şagirdlərin, xüsusən də istedadlıların qabiliyyət və bacarıqlarının üzə çıxarılması üçün son illər hər cür şərait yaradılıb. Buna cavab olaraq biz müəllimlərin, eləcə də şagirdlərin üzərinə daha çox məsuliyyət düşür. Çalışırıq ki, əməli fəaliyyətimizdə bunu təsdiqləyək. Fatiməyə gəlincə, onun barəsində daha ürəklə söz açmaq olar. O, həm istedadlı və bacarıqlı şagird, həm də fəal ictimaiyyətçidir.
Fatimə kimi məktəbdə öz qabiliyyət və istedadını göstərmək bacarığına malik Bənövşə Hacızadə, Məryəm Quliyeva, Vaqif Məmmədov, Leyla Abbasova, Zeynəb Verdiyeva, Aytən Novruzlu kimi seçilən, istər məktəbdaxili, istər rayon, istərsə də respublika miqyaslı tədbirlərdə fəal iştirak edib qalib olanlar, diplom və fəxri fərmanlarla təltif edilən şagirdlər az deyil.
Dövlət Bayrağı Günü münasibətilə Bakı şəhəri məktəbliləri arasında "Mənim üçrəngli bayrağım" devizi altında keçirilən ədəbi-bədii kompozisiyasında Fatimə İbadova xüsusu seçildi:
Dalğalan sən göylərimdə,
Obalar, həm ellərimdə,
Nəğməyə dön dillərimdə,
Sənsən zirvəm, sənsən dağım,
Mənim üçrəngli bayrağim!..
Yaxud:
Bayrağım dalğalanır!
Dalğasında bir səs var -
elə bil ki, əzandır,
O səs çağırır
məni
gör bir neçə zamandır.
O, anadır, Vətəndir, candır,-
Azərbaycandır,
İlahi
sözün dəli-divanəsi
də olub - Nizami,
FüzuliE kimi, səsin şimşəklisi
də - Koroğlu tək. Sözlə səs qoşalaşıb
ruhumuzun ifadəsinə
çevrilir. Üzeyirin
musiqisi, Bülbülün
nəğməsi, Mehdi
Məmmədovun, Ənvər
Əblucun səsinin sehrində əbədi yuxuya gedən Səməndər Rzayevin,
bulaq suyu ifası könülləri
oxşayan Məhluqə
Sadıqovanın... adları
mədəniyyət və incəsənət
tariximizə nəyə
görə yazılıb?!
Fatimə İbadova, təbii
ki, özünü gələcəkdə incəsənət
aləmində, o sirli-sehirli
səhnədə, çoxsaylı
tamaşaçılar qarşısında
hiss edir. Söz və
səs onun həyat uğrunda mübarizəsinin əsasını
təşkil edir.
Səsinin sehri ilə tamaşaçısını indidən
ovsunlayan balaca qiraətçi ona bu işdə dəstək göstərənlərin
hər birinə təşəkkürünü bildirməklə yanaşı,
indiyə kimi iştirak etdiyi tədbirlərdə qazandığı
nailiyyətləri təsdiqləyən diplom
və fəxri-fərmanları
yan-yana düzür:
"Bunlar məktəb
rəhbərliyi tərəfindən
aldığım fəxri-fərmanlardır.
Bunlar isə Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı
Qaradağ Rayon Komitəsi
ilə Bakı Şəhər Gənclər
və İdman Baş İdarəsi tərəfindən verilənlərdir.
Bu ilin sentyabr ayının 23-də keçirilən
"Gənc qiraətçilərin
ümumrespublika müsabiqəsi"nin iştirakçısı
və qalibi də olmuşam. Ötən il isə Ana Dili Günü münasibətilə ilə
keçirilən "Şagirdlərin
ən yaxşı yaradıcılıq işi"
kompozisiyasındakı ifama
görə mükafata
layiq görülmüşəm".
Budəfəki təltifi isə
ona Dövlət Bayrağı Günü münasibətilə Bakı
Şəhəri Gənclər
və İdman Baş İdarəsi ilə Azərbaycan Respublikası Gəncliyə
Yardım Fondunun birgə təşkil etdiyi "Mənim bayrağım" şeir
müsabiqəsindəki uğurlu
çıxışı qazandırıb.
"Abşeron" Rəsm
Qalareyasında "Üçrəngli
bayrağınla məsud
yaşa" adı altında keçirilən
şagirdlərin ümumrespublika
müsabiqəsində iştirak
edən uşaq rəssamlarla yanaşı,
səsinin tellərində
Vətənə məhəbbət
yaşadanlar da vardı. Fatimə İbadova növbəti
dəfə burada da dostlarından seçildi, "Ən yaxşı şeir" nominasiyasındakı qaliblərdən
biri kimi. Onun səsində rənglərin
çalarını görmək
çətin deyil.
Orada elə rənglər var ki, bu səsin
işığında bir
yol başlamaq olar üzü dağlara, itirilmiş yurd yerlərinə - Zəngəzurumuza, Dərələyəzimizə,
ulu Göyçəmizə,
nəhayət, külli-Qarabağımıza...
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2013.- 14 noyabr.- S.9.